"Türk dünyası ölkələrinin mövcudluğunun səbəbləri ortaq dəyərlərə malik olmalarıdır" - ƏLİ ƏHMƏDOV

"Türk dünyası ölkələrinin indiyədək mövcudluğunun səbəbləri ortaq dəyərlərə, türk məfkurəsinə malik olmalarıdır". SİA xəbər verir ki, bu sözləri Yeni Azərbaycan Partiyası Sədrinin müavini, Baş nazirin müavini Əli Əhmədov “Türk Dövlətləri Təşkilatı: geosiyasi reallıqlar və qlobal kataklizmlər fonunda yeni strateji hədəflərə doğru” mövzusunda iyunun 15-də Şuşada keçirilən beynəlxalq konfrans çərçivəsində təşkil edilən “Ortaq dəyərlərlə müasirliyin vəhdəti: partiya diplomatiyası yeni dialoq platforması kimi” panel sessiyada səsləndirib.

Onun sözlərinə görə, ortaq məqsədlərə çevrilə bilməyən ortaq dəyərlər uzunömürlü ola bilməz.

Yeni Azərbaycan Partiyası xalq və partiya diplomatiyasından səmərəli şəkildə istifadə edir.

YAP-ın bu diplomatiyasını bundan sonra davam etdirəcək".

Azərbaycanın müstəqillik tarixindən söhbət açıb, Qurtuluş Gününün xalqımızın və dövlətçiliyimizin tarixində yerini qeyd edib.

Bütün xəbərlər Facebook səhifəmizdə