Partiyalararası əməkdaşlıq türk dövlətlərinin birliyinin möhkəmlənməsinə xidmət edir

"Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində partiyalararası əməkdaşlıq qardaş türk dövlətlərinin vahid dövlətlərarası birliyinin daha da möhkəmlənməsinə xidmət edir". SİA xəbər verir ki, bu sözləri Qazaxıstanın AMANAT Partiyasının İcra katibi Daulet Kəribek deyib.

Onun sözlərinə görə, bugünkü tədbirdə iştirak etməklə biz hamımız türk dövlətlərimiz üçün gələcəyin memarı oluruq: "TDT-yə üzv ölkələrin hakim partiyalarını ikitərəfli əməkdaşlığı gücləndirməyə dəvət edirəm. Geosiyasi reallıqlar və qlobal kataklizmlər fonunda bu, zərurətə çevrilib. Geosiyasi reallıqlar və qlobal kataklizmlər fonunda TDT turbulentlikdən sürətlə çıxmaq və itkiləri minimuma endirmək yolunda bir körpü rolunu oynayır. TDT-nın dövlət başçılarının müxtəlif istiqamətlərdə türk inteqrasiyasını daim inkişaf etdirmək və möhkəmləndirmək və dərinləşdirmək istiqamətində məqsədyönlü hərəkətdə olmaları vacibdir.

Hazırkı şəraitdə qlobal təhlükəsizliyin, sabitliyin və davamlı inkişafın təmin edilməsində əsas pay “orta güclərin” üzərinə düşür.

Qazaxıstan Respublikasının Prezidenti Sinqapura dövlət səfəri zamanı təqdim etdiyi mühazirədə Azərbaycan ilə Ermənistan arasında sülh prosesinin təşviqinə dair səyləri nümunə göstərib".

Bütün xəbərlər Facebook səhifəmizdə