Bugünkü konfransın yeni strateji məqsədlər üçün başlanğıc nöqtəsi olacağına inanıram

"Əminəm ki, bugünkü konfrans əlaqələrimizi möhkəmləndirməyə, geosiyasi reallıqlara və qlobal kataklizmlərə qarşı effektiv mübarizə aparmağa kömək edəcək". SİA xəbər verir ki, bu sözləri Qazaxıstanın Amanat Partiyasının İcra katibi Daulet Kəribek deyib.

Onun sözlərinə görə, Şuşada keçirilən tədbirin yeni strateji məqsədlər üçün başlanğıc nöqtəsi olacağına inanıram: "Tədbirin Azərbaycanın mədəniyyət beşiyi, 2024-cü ilin İslam dünyasının mədəniyyət paytaxtı elan edilmiş Şuşa şəhərində təşkil edilməsinin rəmzi mənası var. Qazaxıstanın Prezidenti Kasım-Comart Tokayev cari ilin mart ayında Azərbaycana dövlət səfəri zamanı Şuşada oldu.

Qlobal nəzarətin və tarazlıq sisteminin sülhü və sabitliyi qorumaq iqtidarında deyil. Sevindicidir ki, bütün bunların fonunda Türk Dövlətləri Təşkilatının (TDT) rolu artır. Hazırkı çətin geosiyasi şəraitdə TDT beynəlxalq siyasəti rasional və praqmatik xətlər üzərində saxlayan, beynəlxalq arenada - logistika, nəqliyyat, diplomatik əlaqələri təmin edən drayverlərdən biri olmaqda davam edir”.

Bütün xəbərlər Facebook səhifəmizdə