“Gürcü arzusu” arzusuna çatdı - İRONİK

“Gürcü arzusu” arzusuna çatdı - İRONİK

ABŞ Tbilisiyə qarşı məhdudlaşdırıcı tədbirlər tətbiq etməyə başladı

Gürcüstanla ABŞ arasında münasibətlər sanksiya təzyiqi mərhələsinə qədər pisləşib. Amerika prezidenti Co Baydenin administrasiyası Gürcüstan parlamentinin bir sıra deputatlarına və xarici agentlər haqqında qanunun qəbulunda iştirak edən respublika rəsmilərinə viza məhdudiyyəti qoyub. Biz ancaq sanksiyaların birinci mərhələsindən danışa bilərik: əgər Vaşinqton Tbilisinin demokratik normaları pozmaqda davam etdiyini düşünsə, onlar genişləndiriləcək. Gürcüstan hakimiyyəti Vaşinqtonu daxili siyasi sabitliyi pozmaq cəhdində ittiham edir.

Dövlət Departamentinin sözçüsü Metyu Miller cümə axşamı bildirib ki, “demokratik normaları pozmaqda təqsirli olan Gürcüstan rəsmiləri və şəxslərə” qarşı sanksiyalar tətbiq edilib. Dövlət Departamentinin nümayəndəsi barələrində sanksiyaların tətbiq olunduğu şəxslərin sayı ilə bağlı aydınlaşdırıcı suala qaçaq cavab verib: “20-dən 30-a qədər”. Eyni zamanda o, ABŞ-ın “barəsində viza məhdudiyyəti tətbiq olunan şəxslərin siyahısını” dərc etməyəcəyini vurğulayıb.

İlkin məlumatlara görə, sanksiyalara “Xarici təsirin şəffaflığı haqqında” qanunu dəstəkləyən deputatlar, onların ailə üzvləri, etiraz aksiyalarını dağıtdıqlarına görə cəzalandırılan polis rəisləri, hətta hökumətyönlü medianın bəzi jurnalistləri də var.

Metyu Millerin vurğuladığı kimi, “bu, sanksiyaların yalnız birinci mərhələsidir” və Gürcüstan hakimiyyətinin “hələ də öz hərəkətlərinin trayektoriyasını dəyişməyə vaxtı var”. Əks halda, başqa tədbirlər, daha da iddialı tədbirlər gələcək.

Gürcü müxalifətçiləri sanksiyaların tətbiqini təkcə gürcü-amerikan münasibətlərində deyil, həm də ölkənin müasir tarixində dönüş nöqtəsi hesab edirlər. “Bu, “Gürcü Arzusu”nun sonunun başlanğıcıdır”, – Gürcüstan Respublika Partiyasının yaradıcısı, sovet dövrünün dissidenti Levan Berdzenişvili bildirib. Onun fikrincə, “hakimiyyətin həyasız hərəkətləri Gürcüstanın tarixi ilə ziddiyyət təşkil edirdi və onların nəyə ümid etdikləri bəlli deyil”. Cənab Berdzenişvili hesab edir ki, Vaşinqtonun qərarı “vaxtında və adekvatdır, baxmayaraq ki, bu sanksiyalar daha əvvəl tətbiq oluna bilərdi”.

Vahid Milli Hərəkat Partiyasının sədri Levan Xabeişvili sanksiya tətbiq etdiyinə görə ABŞ-a səmimi təşəkkürünü bildirib və ümid edib ki, “gürcü xalqının azadlığına” təcavüz edənlərə və onları zorla Rusiyaya sürükləyənlərə qarşı tezliklə yeni, daha sərt tədbirlər görüləcək”.

“Bu, hələ başlanğıcdır”, – parlamentin üzvü və Gürcüstan Mərkəzi Bankının keçmiş prezidenti Roman Gotsiridze də söhbətində “Avropa sanksiyaları tezliklə gələcək. Ölkələrinə xəyanət edən hakimiyyətlər üçün də belə olmalıdır”, deyib.

Bununla belə, "Gürcü Arzusu"nun rəhbərləri özlərini satqın hesab etmirlər. Əksinə, onlar əmindirlər ki, onlar Gürcüstanın suverenliyini qoruyurlar və onun ABŞ-ın “arxa həyətinə” çevrilməsinin qarşısını alırlar. Bunu hökumətyönlü “İmedi” televiziya şirkətinə müsahibəsində səkkiz il ərzində ölkənin ədliyyə naziri və baş prokuroru kimi əsas vəzifələrdə çalışmış mədəniyyət, idman və gənclərlə iş üzrə nazir Tea Tsulukiani deyib. “Bu, təəssüf ki, Birləşmiş Ştatların strateji tərəfdaşı olan Gürcüstanla münasibətlərdə buraxdığı başqa bir səhvdir” deyən xanım Tsulukiani qeyd etdi ki, qeyd etdiyi “səhv” “birinci deyil və güman etmək olar ki, bu sonuncudur”.

Amerika sanksiyalarının məqsədindən danışan Tea Tsulukiani Vaşinqtonu “gürcü xalqını qəzəbləndirmək və onları öz hakimiyyətlərinə qarşı yönəltmək”də ittiham edib ki, bunun da nəticəsində cari rejim şəklində “xalq qalxansız qalacaq”. Eyni zamanda o, ABŞ-ın “inqilab təşkil etməklə keçmiş prezident Mixail Saakaşvilini hakimiyyətə qaytarmaq istəməsindən” şübhələndiyini bildirib. O, Birləşmiş Ştatların “inqilab cəhdlərini maliyyələşdirməkdən imtina edəcəyinə” ümid etdiyini bildirib.

Tea Tsulukiani əmindir ki: "Biz "sıfırlamağı" gözləyəcəyik, çünki biz ABŞ ilə strateji tərəfdaşlığa sadiq olmuşuq və buna sadiq qalırıq və onlarla dostluqdan heç vaxt vaz keçməmişik".

AYSEL

Bütün xəbərlər Facebook səhifəmizdə