Azərbaycanda müdafiə təyinatlı məmulatların istehsalı vergidən azad edilir

Azərbaycanda müdafiə təyinatlı məmulatların istehsalı vergidən azad edilir

Azərbaycanda müdafiə təyinatlı məmulatların istehsalı vergidən azad edilir. SİA xəbər verir ki, bununla bağlı məsələ Milli Məclisin iyunun 7-də keçirilən iclasında müzakirəyə çıxarılan Vergi Məcəlləsinə təklif edilən dəyişiklikdə öz əksini tapıb.

Vergi Məcəlləsinə təklif edilən dəyişikliyə əsasən, müdafiə təyinatlı məmulatların (döyüş təyinatlı hərbi texnika, hərbi silah və döyüş sursatların, partlayıcı maddə və qurğuların, onların dəstləşdirici hissələrinin) layihələndirilməsi, istehsalı, satışı, təmiri və onlara texniki xidmət göstərilməsi fəaliyyətini həyata keçirən şəxslər tərəfindən bu məqsədlə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiqedici sənədi əsasında texnologiyaların, avadanlıqların, dəstləşdirici hissələrin, materialların və xammalın idxalı, habelə həmin şəxslər tərəfindən istehsal edilmiş müdafiə təyinatlı məmulatların satışı, təmiri və onlara texniki xidmət göstərilməsi vergidən azad ediləcək.

Müzakirələrdən sonra qanun layihəsi səsverməyə qoyularaq birinci oxunuşda qəbul olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə