Cari ilin iyun ayının 4-də Bakı Enerji Həftəsi çərçivəsində 29-cu Beynəlxalq Xəzər Neft və Qaz - “Caspian Oil&Gas” və 12-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji - Caspian Power” sərgilərinin rəsmi açılış mərasimi keçirilib. Açılış mərasimində çıxış edən Prezident İlham Əliyev bildirib:”Bu gün 4 iyun tarixi, sadəcə, iyirmi il bundan əvvəl neft və qaz sərgisində “Şahdəniz” müqaviləsinin imzalanması ilə yadda qalmayacaqdır. Bu gün, həmçinin qardaş BƏƏ-dən olan “Masdar” şirkəti tərəfindən inşa ediləcək üç günəş və külək enerjisi elektrik stansiyalarının təməlqoyma mərasiminin keçirilməsi ilə də yadda qalacaq. Bu, Azərbaycanın və onun beynəlxalq tərəfdaşlarının qazıntı yanacağından bərpaolunan enerji resurslarına transformasiyasını nümayiş etdirir və qazıntı yanacağının uzun illər ərzində təkcə bizim üçün yox, həm də tərəfdaşlarımız üçün mühüm əhəmiyyət kəsb edəcəyini bildirir”.
Bildiyimiz kimi, Bakı Enerji Həftəsi daha bir əhəmiyyətli hadisəyə təsadüf edir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2024-cü il Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib. Bakı Enerji Həftəsində 37 ölkədən 300-dək şirkətin iştirak etməsi, İsveç, Hindistan və Sloveniyadan olan şirkətlərin ilk dəfə tədbirə qatılması, sərgi sahəsinin 40 faizinin tanınmış şirkətlərin daimi iştirakçılarına məxsusluğu ölkəmizin dünyada beynəlxalq və genişmiqyaslı tədbirlərin uğurlu təşkilatçısı statusunu bir daha biruzə verir. Bu fikri ABŞ Prezidentinin göndərdiyi məktib da təsdiqləyir.
Bakı Enerji Həftəsinin açılışına Amerika Birləşmiş Ştatlarının Prezidenti Cozef Baydenin məktub ünvanlaması isə Bakının ev sahibliyi etdiyi enerji forumunun nadir toplantılardan olduğunu göstərməklə yanaşı, Azərbaycan-ABŞ münasibətlərinin pozulduğunu iddia edənlərə tutarlı cavabdır. Açılışda iştirak edən ABŞ nümayəndəsi Harri Kemianın “Birləşmiş Ştatlar və Azərbaycan güclü ikitərəfli əlaqələrə malikdir. Azərbaycan regionda və Avropada enerji təhlükəsizliyinin irəlilədilməsində etibarlı tərəfdaş olmağa davam edir… Amerika Birləşmiş Ştatları COP tədbirinin uğurla keçirilməsi üçün qarşıdan gələn aylarda Azərbaycanla əməkdaşlıq etmək niyyətindədir”- səsləndirdiyi fikirlər əslində Ağ Evin ölkəmizlə münasibətlərində yeni mərhələnin formalaşmasından xəbər verir. İki dövlət arasında əlaqələr və siyasi münasibətlər Ulu Öndər Heydər Əliyevin apardığı uğurlu xarici siyasət kursu nəticəsində formalaşıb. 1994-cü ildə imzalanan “Əsrin müqaviləsi” ilə əsası qoyulan enerji sahəsindəki mühüm əməkdaşlıq sonrakı mərhələdə münasibətlərin daha da yaxınlaşmasına yol açdı. Bu, həm də ABŞ ilə Azərbaycan arasında çoxtərəfli iqtisadi əməkdaşlıqda əsaslı amilə çevrildi. Nəticə etibarı ilə müasir dövrdə iki ölkə arasında mühüm iqtisadi, siyasi və digər sahələrdə mühüm əlaqələr mövcuddur. Azərbaycanın qlobal təhlükəsizliyə verdiyi töhfə hər zaman ABŞ tərəfindən yüksək dəyərləndirilib. Bu, təhlükəsizlik seqmenti üzrə əməkdaşlığın dərinləşməsinə imkan yaradıb.
Növbəti Enerji Həftəsi həm də əhəmiyyətli bir hadisəyə təsadüf edir. Belə ki, bu il respublikanın neft tarixində yeni dövrün əsasını qoymuş “Əsrin müqaviləsi”nin imzalanmasından 30 il ötür. Bu münasibətlə Enerji Həftəsi çərçivəsində keçirilən tədbirlər, layihələr və konfranslar enerji sahəsində yeni əməkdaşlıqların qurulması, təcrübə mübadiləsi və yeni inkişaf istiqamətlərinin formalaşmasında əhəmiyyətli rola malikdir.
Bakı Enerji Həftəsinə dünyanın aparıcı informasiya agentlikləri və telekanalları İyunun 4-dən 6-dək davam edən Bakı Enerji Həftəsi 27-ci Beynəlxalq Xəzər Neft və Qaz, 10-cu Yubiley Xəzər Beynəlxalq Energetika və Bərpa Olunan Enerji sərgilərini və əvvəllər Xəzər Neft və Qaz Konfransı adı ilə tanınan Bakı Enerji Forumuna böyük diqqət verir və bu Forumda 30 müxtəlif ölkəni təmsil edən 249 şirkətin iştirak etməsini tarixi hadisə kimi qiymətləndirirlər.
Nazim BÜNYATOV,
YAP Ağcabədi rayon təşkilatının sədr müavini
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB