Gürcüstan Aİ-nin maşası olmaq istəmir - yeni qanun lahiyəsinin təfərrüatları - TƏHLİL

Gürcüstan Aİ-nin maşası olmaq istəmir - yeni qanun lahiyəsinin təfərrüatları - TƏHLİL

Gürcüstanda parlamentin 2024-cü il aprelin 17-də keçirdiyi səsvermədə xarici güclərin ölkədəki fəaliyyətinə nəzarət üçün nəzərdə tutulan “xarici agent qanunu”nu qəbul edilib. Qanun layihəsi Gürcüstanda böyük etirazlar aksiyalarına səbəb olub və prezident Salome Zurabişvili tərəfindən tənqid olunub.

Prezident olsa da parlamentdə azlıqda qalan Zurabişvili və digər opponentlər iddia ediblər ki, qanun layihəsi fikri Rusiya tərəfindən gəlir və Gürcüstanın Avropa İttifaqına daxil olmaq cəhdlərinə zərbə vurmaq məqsədi daşıyan xarici müdaxilə vasitəsidir. Qanun lahiyəsinə görə xaricdən maliyyələşdirilən media təşkilatları “xarici təsir agenti” kimi qeydiyyatdan keçməli olacaqlar. Belə ki, qanun, maliyyə vəsaitlərinin 20%-dən çoxunu xaricdən alan təşkilatlara və QHT-lərə şamil olunur.

Parlamentdə iqtidarın lideri, “Gürcü Arzusu” partiyasının baş katibi Mamuka Mdinaradze bildirib ki, Gürcüstan “xarici agentlər qanunu”na görə Avropa İttifaqı ilə münasibətlərində problem yaşamayacaq. Çünki Aİ-də də bənzər qanun lahiyələri qəbul edilib. Buna baxmayaraq sözügedən qanuna görə, Gürcüstan hakimiyyəti həm Avropa İttifaqı, həm də Amerika Birləşmiş Ştatları, Birləşmiş Millətlər Təşkilatı və Avropa Şurasının tənqidlərinə məruz qalıb. Mdinaradze tərəfdaşlarına səslənərək “ABŞ, Kanada və Yeni Zelandiyada da bu məzmunda Gürcüstanın tətbiq edəcəyindən daha sərt qaydalar var” deyib. Beləliklə o, sözügedən lahiyəni “Rus qanunu” adlandırmamağa çağırıb. Belə ki, onların fikrincə qanun layihəsi yalnızca xarici güclərin maraqlarını güdən təşkilatların qeydiyyata alınmasını və onların maliyyələşdirilməsinin şəffaflığını nəzərdə tutur. Qanun bu təşkilatların fəaliyyətinə heç bir məhdudiyyət qoymur. Sözügedən layihəyə görə, “xarici güclərin maraqlarını güdən təşkilatlar” reyestrində qeydiyyatdan keçmiş təşkilatlar hər ilin yanvar ayında əvvəlki ilin maliyyə bəyannaməsini elektron şəkildə doldurmalıdırlar.

Qanunun qəbul edilməsindən sonra Gürcüstana bir sıra reaksiyalar gəlib. Almaniya Xarici İşlər Nazirliyinin sözçüsü Sebastyan Fişer bildirib ki, xarici agentlərlə bağlı parlamentə təqdim edilən qanun qəbul olunarsa, Gürcüstan Avropa İttifaqına üzvlüyə namizəd statusunu itirə bilər. Sözügedən qanun layihəsi ilə bağlı daha bir xəbərdarlıq ABŞ-dan gəlib. ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller xarici agentlərin statusu ilə bağlı qanun layihəsinin Gürcüstan parlamentinə yenidən təqdim olunmasından narahatlığını ifadə edib və bu addımın ölkəni Avropa yolundan çıxaracağına inandığını bildirib. Nəticədə, Gürcüstan Aİ-yə namizəd statusu aldıqdan sonra başlayan daxili gərginliklər üzə çıxmağa başlayıb. Beləliklə Aİ ilə hər hansı bir şəkildə qarşıdurmadan qaçmağa çalışan Qərb qanadı, hakim partiyanın qəbul etdiyi qanundan məmnun olmasa da, hökumət sözügedən qanunu milli təhlükəsizlik kontekstində müdafiə edir və bunu vacib hesab edir.

Oppenentlər, hakim partiyanı “Rusiya nəzarətində olmaqda” ittiham etsələr də, partiya rəhbərliyi və baş nazirin Aİ-yə inteqrasiya kontekstində davamlı təşəbbüslərinin olduğunu da deməliyik. Görünən odur ki, Gürcüstan geosiyasi vəziyyətinə görə həssas addımlar atdığı bu günlərdə partiya prosesi sürətləndirmək üçün Aİ-nin bütün dediklərinə qulaq asmağı təhlükəli hesab edir. Onlar düşünür ki, bu Gürcüstanın uzunmüddətli perspektivdə Cənubi Qafqazdan təcrid vəziyyətinə düşməsinə səbəb ola bilər. Ona görə də demək olar ki, “Gürcü arzusu” partiyası Aİ-yə inteqrasiya adı altında “Qərb güclərinin Cənubi Qafqazdaki maşası” olmaq istəmir.

Zərdüşt Quluzadə

Bütün xəbərlər Facebook səhifəmizdə