"Baydenin məktubu Azərbaycana olan yüksək münasibətin göstəricisidir" - MÜNASİBƏT BİLDİRİLDİ
“ABŞ prezidenti Co Baydenin Prezident İlham Əliyevə bir həftə ərzində iki təbrik məktubu göndərməsi Azərbaycan dövlətinə olan yüksək münasibətin göstəricisidir”. Bu sözləri SİA-ya açıqlamasında deputat Azər Badamov deyib.

Deputat sözlərinə belə davam edib: “Co Bayden hər iki məktubda Azərbaycan ABŞ münasibətlərinə toxunaraq ölkələrimizarası əməkdaşlığın inkişaf etdirilməsində maraqlı olduğunu bildirmişdir. O cümlədən Bakı Enerji Həftəsinə göndərdiyi təbrikdə Azərbaycanı Avropa İttifaqının enerji sütunu adlandırıb. Azərbaycan ərazicə o qədər böyük ölkə olmasa da apardığı siyasətinə görə dünyanın ən böyük dövlətlərinin boy sırasında özünə uyğun yerini möhkəmlətmişdir.
Bu gün Azərbaycan kimi dünyada sülhün və əməkdaşlığın inkişaf etdirilməsinə çalışan və töhfə verən ölkələr çox azdır. Biz həm regionumuzda, həm də dünyada münaqişələrin və ədalətsizliklərin davam etdirilməsinə qarşıyıq. Həm də dövlətimiz ölkələrin suverən ərazilərin bütövlüyünün güc yolu ilə dəyişdirilməsini pisləyir.
Dövlət başçımız cənab İlham Əliyevin apardığı siyasi kurs açıqdır və ABŞ və digər ölkələr tərəfindən yüksək dəyərləndirilir. Bayden Azərbaycanın yaşıl gündəliyini alqışlayır və COP 29- un keçirilməsinə dəstəyini ifadə edir. Bütün bunlar Prezident İlham Əliyevin şəxsində Azərbaycan dövlətinə verilən böyük dəyər olduğunu hesab edirəm”.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB