Erməni kilsəsinin mənşəyi və əhəmiyyəti: Üsyanın arxasında kim var? - TƏHLİL
Erməni Apostol Kilsəsi və ya erməni Pravoslav Kilsəsi dünya ermənilərinin əksəriyyətinin üzv olduğu milli xristian kilsələrindən biridir. Ermənilərə xristianlığı ilk təqdim edənlər hesab edilən Taday və Varfolomeyə əsaslanan “apostol” kilsəsi kimi təriqət olaraq da qəbul edilə bilər. Beləliklə ermənilər xristianlığı qəbul edən xalqlardan biri kimi bu dini öz kimliyinin mühüm hissəsinə çevirib. Kilsə erməni xalqının kimliyini gücləndirmiş, cəmiyyətin müxtəlif sahələrinə təsir göstərmişdir. Bununla belə, kilsənin gücü təkcə tarixi mirasla məhdudlaşmayıb, eyni zamanda idarəetmə strukturunda da effektiv olub.
Erməni kilsəsi pravoslav xristian ailəsinə mənsubdur və Roma Katolik Kilsəsi kimi Papa hakimiyyətinə tabe deyil. Kilsə öz patriarxı katolikos tərəfindən idarə olunur. Belə ki, kilsənin ali dini lideri kimi katolikos erməni xalqı üzərində böyük nüfuza malikdir. Buna görə də güclü mərkəzləşdirilmişdir kilsə idarəsi cəmiyyətdə həlledici rol oynayır. Nəticədə Ermənistanda kilsənin dünyəvi olmadığı da diqqət çəkir. Kilsə təkcə dini deyil, həm də ictimai və siyasi bir qurum kimi fəaliyyət göstərir. Bu, kilsənin dövlət işlərinə və ictimai həyata inteqrasiya olunduğunu göstərir. Odur ki, erməni kilsəsinin təsir dairəsi sadəcə dini qurum olmaqdan kənara çıxır.
Günümüzdə isə qərbmeyilli Paşinyan administrasiyası ilə erməni kilsəsi arasında ara-sıra qərəzlər və qarşıdurmalar yaranır. Respublika bayramı zamanı Sərdarabad abidəsinə daxil olmaq istəyən ermənilərin dini lideri II Katolikos Qaregin və onu müşayiət edən nümayəndə heyətinin qarşısı polis qüvvələri tərəfindən alınmağa çalışılıb. Din xadimləri ilə polis qüvvələri arasında qısamüddətli gərginlikdən sonra polis nümayəndə heyətinin keçməsinə icazə verib. Erməni Apostol Kilsəsi gərginliyə görə polisi və hökuməti tənqid edərkən, Paşinyansa kilsəni günahlandırıb.
Hadisədən dərhal sonra Baş nazirlik Aparatının rəhbər müavini Taron Çaxoyan sosial media hesabındakı paylaşımında “Dövlət əleyhinə siyasətlə məşğul ola din xadimlərinin, kilsəni siyasi platformaya çevirən və dini ibadəti siyasətlə əvəz edənlərin heç kimdən üstünlüyü yoxdur, dövlət əleyhinə apardıqları siyasətin cəzasını çəkəcəklər” deyib. Mövzu ilə bağlı açıqlamasında Baş nazir Paşinyan 2018-ci ildə Ermənistanda hökuməti ələ keçirərkən “dini-feodal ənənəsini davam etdirdiklərini” qeyd edərək, “İndi bunlar başımıza gəlir, çünki biz öz içimizdə bu fikri aşırıq. Dini-feodal sistemsə üsyan edərək sizin buna haqqınız yoxdur, bu düşüncə qəliblərini biz yaratmışıq və siz bu qəliblər daxilində düşünməlisiniz. Bunun xaricində düşünsən, sənə “Sən xainsən” deyirlər” deyib.
Keçən ay baş tutan mətbuat konfransında isə Paşinyan kilsənin rəhbəri II Qaregini yalan danışmaqda və saxtakarlıqda ittiham edərək əlavə edib “Aydındır ki, bu prosesin lideri bütün ermənilərin katolikosu, bundan ən çox faydalanacaq adam isə Robert Köçəryandır”. Beləliklə onların istefasını tələb edən və kilsənin hökumət işlərindən uzaq durmasını istəyən Paşinyan eyni zamanda kilsənin arxasında duran gücləri də bəyan edib. Bundan əlavə, qeyd etmək lazımdır ki, kilsənin üsyanının arxasında duran təşkilatın Rusiya kəşfiyyatı olduğu ilə bağlı iddialar var. Kremlə bağlı olan Köçəryan-Sarkisyan cütlüyünün başçılıq etdiyi Qarabağ klanının da Rusiya kəşfiyyatının nəzarəti altında olduğu faktını da əlavə etmək olar. Bu mövqedən Ermənistanı Qərbin təsirindən uzaqlaşdırmaq istəyən Rusiyanın məqsədini aşkar etmək olar.
Zərdüşt Quluzadə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB