"Bu qüvvələrin Ermənistanda hansısa dəyişiklikliyə nail olması real görünmür" - MÜNASİBƏT BİLDİRİLDİ

"Bu qüvvələrin Ermənistanda hansısa dəyişiklikliyə nail olması real görünmür" - MÜNASİBƏT BİLDİRİLDİ

"Ermənistanda indi vəziyyət hələ də mürəkkəbdir, məsələ təkcə Arxiyepiskop Baqrat Qalstanyanın hakimiyyətə gəlib gəlməmək məsələsi də deyil, bu məsələdə Qalstanyan artıq mövqelərini itirməkdədir. Lakin hərəkat bir müddət davam edə bilər, ümumilikdə isə bu qüvvələrin uzun perspektivdə Ermənistanda hansısa dəyişiklikliyə nail olması real görünmür". Bu sözləri SİA-ya açıqlamasında siyasi şərhçi Vüqar Əhmədov deyib.

V.Əhmədov sözlərinə davam edərək bildirib ki, bütün bu yaşananların səbəbi artıq Paşinyanın həm delimitasiya məsələsində, həm Qazaxın rayonlarının qaytarılması istiqamətində atdığı məcburi real addımlar, sülhlə bağlı erməni cəmiyyətinə çağırışlar etməsidir: "Bu ilin sonuna qədər Ermənistanla Azərbaycan arasında mümkün hansısa sənəd imzalana bilər, revanşist və radikal qüvvələr artıq post-faktum qarşısında qalaraq bundan sonra heçnə edə bilməyəcəklər".

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə