"Prezidentin dəyişməsi İranın dövlət siyasətinə təsir göstərməyəcək" - POLİTOLOQ MÜNASİBƏT BİLDİRDİ
“İranda iyunun 28-də növbədənkənar prezident seçkilərinin keçirilməsi nəzərdə tutulub. Artıq bugünədək seçkidə 37 namizəd irəli sürülüb”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Elşad Həsənov deyib.
Politoloq qeyd edib ki, namizədlər arasında keçmiş prezident Mahmud Əhməd Necat, keçmiş spikeri, eks xarici işlər naziri və Sepah generalı Əli Laricani, Təhlükəsizlik Şurasının keçmiş katibi Səid Cəlili, parlamentin bir sıra sabiq üzvləri və s. yer alır: “Bu da onu göstərir ki, seçkilər qızğın keçəcək. Amma məlum olduğu kimi, İranda dövlət siyasətini prezident deyil, ali dini rəhbər hazırlayır. Bu mənada prezident seçkilərində kimin qalib gəlməsindən asılı olmayaraq İranın dövlət siyasəti dəyişməyəcək. Nə qədər ki İranda dini rəhbərlər hökm sürür, bir o qədər də dövlət siyasətini onlar müəyyən edəcək. Hesab edirəm ki, İranda prezidentin dəyişməsi regiona bir o qədər təsir göstərməyəcək. Hələ də ölkədə Ayətullah Əli Xamneyinin siyasəti hökm sürəcək”.
Ləman Sərraf
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB