“Ermənistan müharibə cinayətlərini hələ də davam etdirir” - ŞƏRH OLUNDU
“Azərbaycanın işğaldan azad olunmuş Zəngilan şəhərində BMT-nin müvafiq qurumlarının iştirakı və Azərbaycanın təşəbbüsü ilə mina təhlükəsizliyinə həsr olunmuş III konfrans keçirilib. Bu konfransda bir çox ciddi məsələlər müzakirə olunmaqla yanaşı, həm də BMT-nin müvafiq qurumu ilə Azərbaycanın bu sahədəki ixtisaslaşmış ANAMA arasında niyyət protokolu imzalanıb. Bu protokolun niyyəti Azərbaycan ərazisində minalardan təmizlənmə məsələsində koordinasiyalı işi özündə əks etdirəcək. Bir mərkəzin formalaşdırılması, bu mərkəz vasitəsilə mina çirklənməsinin qarşısının alınması, minaların təmizlənməsi prosesində iştirak edən şəxslərin imkanlarının artırılması, müxtəlif istiqamətli təcrübə proqramlarının reallaşdırılması baş verəcək. Hesab edirəm ki, bu minalarla çirklənmiş bölgəmizin daha sürətli şəkildə və daha təhlükəsiz şəraitdə reallaşmasına töhfə vermiş olacaq”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Anar Əliyev deyib.
O bildirib ki, konfrans iştirakçılarına Azərbaycan Prezidenti cənab İlham Əliyevin ünvanladığı müraciətdə də qeyd etdiyi kimi Azərbaycan çox təəssüf ki, işğal faktı dövründə ərazilərimiz, torpaqlarımızın 12 faiz hissəsi Ermənistan tərəfindən məqsədli şəkildə çox sayda mina ilə çirkləndirilib: “Ümumiyyətlə Azərbaycanın Qarabağ və Şərqi Zəngəzur bölgəsi dünyada ən çox minalarla çirklənmiş ərazilərdən biri hesab olunur. Azərbaycan Prezidenti cənab İlham Əliyevin də müraciətində deyildiyi kimi minaların basdırılması nə qədər asandırsa, təmizlənməsi də qat-qat çətindir. Bu gün də Azərbaycan bu problemlə üz-üzədir. Məhz Ermənistanın destruktiv davranışları, müharibə cinayəti kimi qiymətləndirilən mina xəritələrinin ölkəmizə təqdim edilməməsinin nəticəsi olaraq Azərbaycan bu prosesi daha sürətli şəkildə yekunlaşdıra bilmir. Qısa müddət ərzində ölkəmizdə 361 şəxs mina qurbanı olub. Bu da Ermənistanın müharibə cinayətlərini hələ də davam etdirdiyini göstərir.
Hesab edirəm ki, bu cür konfranslara ev sahibliyi etməyimiz göstərir ki, nəhayət ki, Azərbaycanın haqq səsinin eşidilməsi ilə davam edəcək. Bu isə Ermənistanın məcbur qalaraq mina xəritələrini təqdim etməsi ilə yekunlaşa bilər”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB