"İllərdir vətən həsrəti çəkən insanların arzuları indi gerçəkləşir" - ŞƏRH EDİLDİ

"İllərdir vətən həsrəti çəkən insanların arzuları indi gerçəkləşir" - ŞƏRH EDİLDİ

“Bir qayda olaraq Prezident İlham Əliyev öz ad günlərini və əlamətdar günləri məcburi köçkünlər və xalqla birlikdə keçirir, məcburi köçkünlərin könlünü xoş edir, sevindirir. Xocalı sakinləri ilə görüşdə cənab Prezident məcburi köçkünlərə bildirdi ki, "xatırlayırsizsa Sizə demişdim bir gün gələcək və biz bu torpaqlara qayıdacıq-həmən gün gəlib çatdı". Azərbaycan Prezidenti İlham Əliyev bütün fəaliyyətini öz xalqına xoş günlər bəxş etmək üçün həsr edib, ona görə öz ad günlərində, müstəqillik və digər əlamətdar günləri məhz məcburi köçkünlərlə görüşə həsr edib”. Bu sözləri SİA-ya açıqlamasında siyasi şərhçi Vüqar Əhmədov deyib.

Onun sözlərinə görə, bununla da ölkə başçısı Azərbaycanın ən önəmli məsələsinin məhz suverenliyimiz və ərazi bütövlüyümüz olduğunu bir daha nümayiş etdirib: “Öz ata-baba torpağına qayıdan insanlar cənab Prezidentin bu addımlarını çox böyük alqış və təşəkkürlə qarşılayırlar. İllərdir vətən həsrəti çəkən insanların arzuları indi gerçəkləşir və bunu gerçəkləşdirən Ali Baş komandan İlham Əliyevdir. Qarabağın işğaldan azad olunması böyük tarixi hadisə olmaqla yanaşı, həm də Azərbaycanın müstəqillik tarixində bəlkə də xalqın öz dövlət başçısı ilə, insanlarımızın bir-biri ilə səmimi qəlbdən və könüldən öz sevincini bölüşdüyü ən əlamətdar hadisədir və önəmli bir andır”.

“Bütün bunları seyr etmək bir vətəndaş kimi çox qürurvericidir və bunun simvolik anlamı ondan ibarətdir ki, 1918-ci ildə müstəqilliyimizi əldə etdikdən sonra təəssüf ki, Azərbaycan torpaqların itirilməsi ilə üzləşməyə başladı, əvvəl Zəngəzur mahalı olan tarixi torpaqlarımız ermənilərə verildi, sonra Qarabağ və ətraf rayonlar işğal olundu. İndi biz bu tarixi günü azad olunmuş və öz torpaqlarını geri alan Azərbaycanda qeyd edirik”,- deyə o əlavə edib.

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə