Fikrət Əliyev: "Həm də bu ev sahibliyi dünya üçün bir nümunə olacaq"
“Öz uğurları ilə dünyaya nümunə olan, həmçinin Cənubi Qafqazda aparıcı söz sahib olan Azərbaycan bütün sahələrin inkişafına xüsusi diqqət ayırır. Bu bir həqiqətdir ki, ölkəmiz sağlam həyat, təmiz ekoloji mühit üçün də davamlı və fasiləsiz addımlar atır”. Bunu SİA-ya açıqlamasında Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının “UNİTY Company” ərazi partiya təşkilatının sədri Fikrət Əliyev deyib.
O, qeyd edib ki, Azərbaycan planetin ekoloji təmizliyinin qorunması, “yaşıl enerji”yə keçidlə bağlı beynəlxalq təşəbbüslərin müəllifi kimi də yüksək etimad qazanıb: “Məhz bunun nəticəsidir ki, Azərbaycanın COP29 kimi nüfuzlu beynəlxalq tədbirə ev sahibliyi etməsi üçün bütün ölkələr yekdil şəkildə qərar verib. Yəni bu qərar Azərbaycanın beynəlxalq aləmdə qazandığı yüksək etimadın daha bir bariz nümunəsidir”.
F.Əliyev bildirib ki, əslində burada təəccüblü nəsə yoxdur: “O mənada ki, Azərbaycanda ekologiya ilə bağlı uğurlu dövlət siyasəti həyata keçirilir. Əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan siyasət hazırda da Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Prezident İlham Əliyevin bu il aprelin 24-də ADA Universitetində keçirilən “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumdakı çıxışında da bəyan etdiyi kimi hətta COP29-un keçirilməsi bizə həvalə edilməmişdən əvvəl biz ekoloji problemlərlə ciddi məşğul olurduq və iqlim dəyişikliyinin mənfi fəsadlarını azaltmağa çalışırdıq”.
F.Əliyevin sözlərinə görə bu gün dünyanın xüsusi diqqət və həssaslıqla yanaşdığı məsələlərdən biri də “yaşıl enerji”yə keçiddir ki, Azərbaycan bu sahədə də nümunə təşkil edir: “Xatırladım ki, Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin “yaşıl enerji” zonasına çevrilməsi ilə bağlı Tədbirlər Planı müəyyənləşdirilib. Çünki Qarabağ və Şərqi Zəngəzurun əlve¬rişli coğrafi şəraiti və iqlim xüsusiyyətlə¬ri, burada alternativ və bərpaolunan ener¬ji mənbələrindən, o cümlədən günəş, külək və su resurslarından geniş isti-fadəyə münbit zəmin yaradır. Təsadüfi deyil ki, Azərbaycan Prezidenti İlham Əliyev işğaldan azad edilmiş torpaqla¬rımızın bərpaolunan enerji potensialı¬nı nəzərə alaraq həmin əraziləri “yaşıl enerji” zonası elan edib. Artıq bu istiqamətdə də mühüm addımlar atılmaqdadır”.
F.Əliyev sonda onu da vurğulayıb ki, Azərbaycan bundan öncəki bütün beynəlxalq tədbirlərə uğurla ev sahibliyi edib: “Həmçinin ölkəmiz bu tədbirlər zamanı ev sahibliyi ilə bağlı müsbət bir nümunə ortaya qoyub. Kimsə şübhə etmir ki, Azərbaycan COP29-a da həm uğurla ev sahibliyi edəcək, həm də bu ev sahibliyi dünya üçün bir nümunə olacaq. Bundan sonra eynitəyinatlı beynəlxalq tədbirlərə ev sahibliyi edəcək ölkələr məhz Azərbaycan nümunəsindən bəhrələnməyə çalışacaqlar”.
SƏBİNƏ
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB