"Suverenliyə gedən yolda dəstək vacibdir" - Tevaipaea Hoiore

“Sizdən və beynəlxalq ictimaiyyətdən dəstək istəyirik. Suverenliyə gedən yolda dəstək vacibdir". SİA xəbər verir ki, bu sözləri Fransız Polineziyası Assambleyasının Təhsil, Gənclər və İdman Komissiyasının sədr müavini, Dövlət müəssisələri Beynəlxalq məsələlər və Bələdiyyələrlə əlaqələr komissiyasının katibi Tevaipaea Hoiore deyib.

"Suverenlik əldə etmək bizə unikal irsimizi qorumağa və xalqımızın maraqlarına uyğun hərəkət etməyə imkan verəcək. Bizdə illik əhali artımı 500 nəfərdən çox olur. Bu əhali artımı isə doğumun ölüm hadisəsindən çox olması ilə əlaqədardır. Ancaq 17-25 yaş arasındakı gənclər ərazini tərk edir, gələcək arzusu ilə Fransaya üz tutub, fransız ordusunun sıralarına qatılırlar. Bu isə xalqımızın hərbi və strateji maraqlarında ciddi çətinlik yaradır. Bütün bunlar əmək bazarına, sosial demoqrafik vəziyyətə ciddi təsir göstərib”, - o qeyd edib.

Bütün xəbərlər Facebook səhifəmizdə