"Bu planetdə nəhayət ədalət öz yerini tapacaq" - Fransız Polineziyası nümayəndə heyətinin rəhbəri

"Azərbaycan dövlətinə və onun xalqına təşəkkür edirik. Çünki Azərbaycan bizə imkan yaradıb ki, özümüzü ifadə edək və mübarizəmizdə nəticə əldə edək". SİA xəbər verir ki, bu sözləri Fransız Polineziyası nümayəndə heyətinin rəhbəri "Tavini Huiraatira" Partiyasının Baş katibi Viktor Maamaatuaiahutapu deyib.

"Məqsədimizə çatmaq üçün bütün prosedurları reallaşdırmışıq və qeyri-aqresiv yollardan istifadə etmişik. Lakin Fransa hələ də BMT-nin qətnamələrinə riayət etmir. Halbuki həmin qətnamələrin yaradılmasında Fransa özü də iştriak edib. Biz hüquqi prosesin sonuna çatmamışıq və bizim bu prosesdə sizin dəstəyinizə ehtiyacımız var. Fransa bizə qarşı nüvə sınaqlarını davam etdirir. Bu, onun siyasətidir ki, biz təcrid olunmuşuq. Bilirik ki, siz bizim bu kömək çağırışımızı beynəlxalq ictimaiyyətə çatdıracaqsınız. Nəhayət bu planetdə ən sonunda ədalət öz yerini tapacaq",- deyə o əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə