"COP29 Azərbaycan üçün həm siyasi, həm iqtisadi baxımdan vacib tədbirlərdəndir" - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

"COP tədbirləri dünyanın ən böyük tədbirlərindən hesab olunur". Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı-ekspert, deputat Vüqar Bayramov deyib.

Deputat bildirib ki, COP29 da bu kontekstdən fərqlənən tədbir olacaq: "Gözlənilir ki, COP29 çərçivəsində Azərbaycana 80 minə yaxın xarici vətəndaş gələcək. 1-24 Noyabr tarixlərində Bakıda keçiriləcək olan konfrans (COP29) çərçivəsində dünyanın təxminən 190-dan çox ölkəsini təmsil edən 80-100 min nəfərə qədər nümayəndə heyətinin qəbul edilməsi gözlənilir. ölkə olaraq ən irimiqyaslı beynəlxalq tədbirimiz 8 min nəfərə yaxın qonağın qəbul edildiyi Avropa Oyunları olmuşdur, COP29 ölkə tarixində keçiriləcək olan ən böyük tədbir hesab olunur. Azərbaycanın belə bir mötəbər tədbirə ev sahibliyi etməsi ölkəyə yerli, regional və beynəlxalq miqyasda çox böyük divindendlər qazandıracaqdır.

Bu da bir tərəfdən, xüsusən də, Azərbaycanın turizm potensialının təqdim edilməsi baxımından vacibdir. Bu, turizmin inkişafına xüsusi töhvə verəcək. COP tədbirləri ölkənin təqdimatına xüsusi imkan yaradır. Ona görə də turizm də Azərbaycan üçün əsas sahələrdən olduğuna görə bu, turizmin inkişafını stimullaşdıracaq. Sərmayenin cəlb edilməsi baxımından üstünlüklərə malikdir. Çünki həm də bu yalnız turizm sektoru deyil, bütövlükdə ölkənin iqtisadi potensialının təqdim edilməsinə imkan yaradacaq. Bu kontekstdən sərmayələrin cəlb edilməsi, ölkə iqtisadiyyatının inkişafının təşviq edilməsinə imkan yaradacaq. İqtisadi inkişaf startegiyasına əsasən postneft dövündə iqtisadiyyatın əsas istiqamətlərindən biri turzim sektoru olacaq.

Bütövlükdə COP29 Azərbaycan üçün həm siyasi, həm iqtisadi baxımdan vacib tədbirlərdəndir. Ona görə də bu, ölkəmiz üçün strateji əhəmiyyət daşıyan tədbir hesab olunur".

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə