COP29-la bağlı Azərbaycana giriş üçün viza rejimi asanlaşdırılacaq

COP29-la bağlı Azərbaycana giriş üçün viza rejimi asanlaşdırılacaq

BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası üçün (COP29) qeydiyyatdan keçmiş iştirakçıların Azərbaycana girişi asanlaşdırılacaq. SİA-nın əldə etdiyi məlumata görə, bu barədə yaxın zamanlarda elanın verilməsi gözlənilir.

Qeyd edək ki, bu ilin noyabrında Azərbaycan COP29-a ev sahibliyi edəcək.

Konfrans Bakı Olimpiya Stadionunda baş tutacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə