Milli Məclisdə ABŞ Konqresi üzvlərinin köməkçiləri ilə görüş - FOTO

Milli Məclisdə ABŞ Konqresi üzvlərinin qanunvericilik məsələləri üzrə köməkçiləri ilə görüş olub. SİA xəbər verir ki, bu barədə Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov "X" hesabında paylaşım edib.

"Parlamentdə ABŞ Konqresi üzvlərinin qanunvericilik məsələləri üzrə köməkçiləri ilə səmərəli görüş keçirilib. İkitərəfli gündəliyimizə dair məsələlər və regionda baş verən son hadisələrlə bağlı fikir mübadiləsi aparılıb", - o, paylaşımda qeyd edib.

Bütün xəbərlər Facebook səhifəmizdə