"Cənab Prezident sözünü açıq deyir və heç kimdən heç nəyi gizlətmir" - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

"ADA Universitetinin təşkil etdiyi "COP29 və Azərbaycan üçün Yaşıl Baxış" adlı beynəlxalq forum çox əhəmiyyətli tədbirdir". Bu sözləri SİA-ya açıqlamasında deputat Azər Badamov deyib.

O bildirib ki, tədbirdə dünyanın beyin mərkəzlərini təmsil edən 70-dən çox qonaq iştirak edirdi: "Prezident İlham Əliyev forumda giriş nitqi ilə çıxış edərək Azərbaycanın bu gün dünyada tutduğu mövqeyini və baxışlarını iştirakçıların diqqətinə çatdırdı. Həm də forum iştirakçılarının regional və qlobal əhəmiyyət daşıyan suallarına Azərbaycanın münasibətini geniş şəkildə açıqladı. Prezident İlham Əliyev məsələlərin ətrafında danışmır. Dövlət başçımız bir başa məsələlərdıən danışır, mövcud problemlərin həll yollarını bildirir və ölkəmizin bu problemlərin həllində mövqeyini açıq şəkildə bildirir. Məsələn, Ermənistanla sülh müqaviləsinin imzalanmasına heç vaxt olmadığımız qədər yaxın olduğunu bildirən dövlət başçımız bu gün başlanılan delimitasiya prosesinə yüksək dəyər verdiyimizi bildirərək Ermənistanın 10 noyabrda imzalanmış üçtərəfli Bəyanatın tərkib hissəsi olan Naxçıvana manesiz yolumuzun açılmasının vacibliyini vurğuladı. O cümlədən Fransanın, Hindistanın və Yunanıstanın Ermənistanı yenidən silahlandırdığını və bu, ölkəmizə təhdid yaradarsa, mütləq şəkildə tədbir görülməyinə məcbur olacağımızı açıq şəkildə ifadə etdi. Cənab Prezident sözünü açıq deyir və heç kimdən heç nəyi gizlətmir.

Təbii ki, ölkəmiz müharibələrin tərəfdarı deyil. Bİz sülh müqaviləsinin tezliklə imzalanmasını istəyirik. Bununla yanaşı Ermənistanın sülh prosesinə davam etməsinə xidmət edən addımların sürətləndirilməsinin vacibliyini qeyd etdi. Üç saatdan çox çəkən beynəlxalq forumun ölkəmizin mövqeyinin dünya ictimaiyyətinin diqqətinə çatdırılması baxımından çox əhəmiyyətli olduğunu hesab edirəm".

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə