“Konqo Respublikasının Azərbaycanla əməkdaşlığının perspektivləri var“ - ŞƏRH EDİLDİ

“Konqo Respublikasının Azərbaycanla əməkdaşlığının perspektivləri var“ - ŞƏRH EDİLDİ

“Konqo Respublikası Mərkəzi Asiyanın inkişaf etməkdə olan ölkələrindən biri olaraq Azərbaycanla əməkdaşlığının müəyyən perspektivləri var. Təbii ki, Azərbaycan da onunla əməkdaşlıq etməkdə maraqlıdır. Xüsusilə də son illərdə əməkdaşlığın müəyyən qədər fəallaşdığını görürük”. Bu sözləri SİA-ya açıqlamasında siyasi ekspert Aydın Quliyev deyib.

Ekspert bildirib ki, iki ölkənin iqtisadi vəziyyətində, həm də xarici siyasətində müəyyən oxşarlıqlar var: “Konqo da əsasən neft ixracı üzərində iqtisadiyyatını qurmuş bir ölkədir. Həmçinin Konqo keçmiş Fransa müstəmləkəsi olaraq Azərbaycanla əməkdaşlıqda çox maraqlıdır. Azərbaycanın bütün dünyada yeni müstəmləkəçiliyə, xüsusilə də Fransa müstəmləkəçiliyinə qarşı daha aktiv mübarizə aparması Konqo üçün çox cəlbedicidir. Təbii ki, Konqonun da bu məsələdə fəallıq nümayiş etdirməsi Azərbaycanın maraqları çərçivəsindədir. Bəllidir ki, 1960-cı illərə qədər Konqo Fransanın müstəmləkəsi olub. Bu gün o da daha çox müstəqil siyasət aparmağa meyllidir. Həmçinin fransız müstəmləkəçiliyinə qarşı da mübarizə aparır.

Konqo Qoşulmama Hərəkatının üzvü olan ölkə olaraq bu ölkənin Azərbaycanla əməkdaşlığının maraqlı məzmunu və perspektivləri var. Konqo Respublikası inkişaf etməkdə olan ölkə olduğuna görə, dünya iqtisadi dövriyyəsində fəallaşmağa cəhd göstərir. O cümlədən, Azərbaycanla Konqo arasında bu sahələrdə əməkdaşlığın perspektivləri var”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə