YAP Nərimanov rayon təşkilatının növbəti ərazi partiya təşkilatı təsis edilib - FOTOLAR

Yeni Azərbaycan Partiyası (YAP) Nərimanov rayon təşkilatının “Əhməd Rəcəbli küçəsi 3” ünvanı üzrə yeni ərazi partiya təşkilatı təsis edilib. SİA xəbər verir ki, tədbirdə Azərbaycan həkimi və yazıçısı, Nəsimi rayonu Ağbirçəklər Cəmiyyətinin sədri, Modern Ailə və İnkişaf İctimai Birliyinin sədri Zərifə Quliyeva, Partiyanın üzvləri Mürvət Quliyev, Tural Seyidli çıxış edərək Yeni Azərbaycan Partiyasının keçdiyi şərəfli yoldan bəhs ediblər və ərazi partiya təşkilatının fəaliyyətinə uğurlar arzulayıblar.

YAP Nərimanov rayon təşkilatının sədr müavini Anar Abbasov bildirib ki, 1992-ci il noyabrın 21-də ulu öndər Heydər Əliyevin sədrliyi ilə Yeni Azərbaycan Partiyasının təsis konfransının keçirilməsi yeni müstəqil Azərbaycanın tarixində parlaq gələcəyin əsasını qoyub. Əminliklə demək olar ki, yaradıcısı Ümummilli Lider olan Yeni Azərbaycan Partiyasının fəaliyyətində Heydər Əliyevin ideya və arzuları yaşayır. Qarabağ Zəfərindən sonra yaranmış yeni reallıqlar fonunda Azərbaycan partiyanın Sədri, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə parlaq gələcəyə doğru daha inamla irəliləyir.

Çıxışlardan sonra təşkilati məsələlərə baxılıb. Qalib Əliyev ərazi partiya təşkilatının sədri, Məcid Məmmədov sədr müavini seçilib.

Sonda partiyaya yeni üzv olan şəxslərə partiyaya üzvlük vəsiqələri təqdim olunub və xatirə şəkli çəkilib.

Bütün xəbərlər Facebook səhifəmizdə