Azərbaycan-Türkiyə-Gürcüstan iqtisadi üçbucağı formalaşıb - NAZİR

Azərbaycan-Türkiyə-Gürcüstan iqtisadi üçbucağı formalaşıb - NAZİR

"Azərbaycan Gürcüstan Türkiyə gündəliyi çoxşaxəlidir, zəngindir". SİA xəbər verir ki, bu barədə Azərbaycan, Türkiyə və Gürcüstan xarici işlər nazirlərinin 9-cu üçtərəfli görüşündə çıxışı zamanı xarici işlər naziri Ceyhun Bayramov deyib.

Onun sözlərinə ölkələrimiz arasında münasibətlərə nəzər saldıqda çox yüksək səviyyəli siyasi dialoqun şahidi oluruq: "Əlaqələrin möhkəmləndirilməsi və genişləndirilməsi üçün bu gün imzalanan Bakı bəyannaməsinin töhfə verəcəyinə əminik.

Nazir qeyd edib ki, Azərbaycan Türkiyə Gürcüstan iqtisadi üçbucağı formalaşmışdır: "Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Qars layihələri artıq reallıqdır. Bu gün ölkələrimiz arasında ticarət, investisiyalar, kənd təsərrüfatı və turizm sahəsində çoxsaylı layihələr müzakirə edildi".

Müəllif: Rəşid Qarayev

Bütün xəbərlər Facebook səhifəmizdə