"Fərdi maraqlarını milli maraqlardan üstün tutmaq vətənə xəyanətdir" - PARTİYA SƏDRİ BİLDİRDİ
Son günlər radikal düşərgə təmsilçiləri tərəfindən Azərbaycan-Türkiyə qardaşlığı hədəf seçilib. Bu ünsürlərin paylaşımlarında Avropanın qərəzli dairələrinin Azərbaycana qarşı ədalətsiz yanaşması təqdir edilir. SİA olaraq mövzu ilə bağlı Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlunun fikrini öyrəndik.
Onun sözlərinə görə, qrup və fərdi maraqlarını milli və dövlət maraqlarından üstün tutmaq vətənə, millətə xəyanətdir: “Nə qədər hakimiyyətə qarşı daxili münasibətlərdə müəyyən mənfi münasibətdə olsaq da milli və dövlət məsələlərində, o cümlədən strateji məsələlərdə müxalifətçilik etməməliyik. Hansı səbəbdən olursa-olsun, beynəlxalq sanksiyalar Azərbaycan dövlətinə və xalqına qarşı yönəldiyi üçün bu cür sanksiyaları təqdir etmək yolverilməzdir. Bunu qətiyyətlə pisləyirəm. Biz özümüz istər görüşlərdə, istərsə də bu cür hallarla bağlı rəsmi bəyanatlarımızda Azərbaycana qarşı bu cür qərarları, bəyanatları, bəyannamələri dəfələrlə pisləmişik”.
Partiya sədri bildirib ki, bu cür adddımlar dövlətə və xalqa mənfi təsir edir: “O qüvvələr bu gün qrup yaxud fərdi maraqları baxımından beynəlxalq təşkilatların Azərbaycana qarşı düşmən mövqeyini təqdir edirsə, onlarla eyni əqidəni bölüşən adamlar kimi dəyərləndirilməli və qətiyyətlə pislənməlidirlər. Bu kimi halların səbəbi odur ki, istər media, istərsə də siyasi fəaliyyət göstərən bəzi adamlar nəzəri hazırlıqları, bilikləri, savadları olmadığına görə, bu cür incə məqamlarda dövlət və hakimiyyətin maraqlarını bir-birindən ayıra bilmirlər. Ona görə də bir çox hallarda dövlətin və millətin maraqlarına zidd olan bu cür qərarları da müzakirə edirlər”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB