"Bu, ABŞ-ın dünyanın fövqəl gücü imicinə ciddi zərbə vuracaq" - MÜNASİBƏT BİLDİRİLDİ
“ABŞ 2001-ci ildə Əfqanıstanı beynəlxalq terrorizmlə mübarizə adı altında işğal etdi və təxminən 20 ilə yaxın işğalı davam etdirdi. Sonradan hakimiyyət biabırçı şəkildə radikal hərəkat olan Talibana verildi”. Bu barədə SİA-ya açıqlamasında politoloq Oqtay Qasımov deyib.

Onun sözlərinə görə, Ukraynada baş verənlər Əfqanıstanda baş verənlərdən fərqlidir: “Həm əhəmiyyətinə, həm də coğrafi mövqeyinə görə vəziyyət ferqlidir. ABŞ-də hazırda Ukraynaya yardımla bağlı ciddi mübahisələr gedir. Senatda ilkin razılaşma olsa da respublikaçılar Ukraynaya yardımı bloklayıblar. Hələlik Ukraynaya dəstəklə bağlı tam aydın fikir yoxdur. Digər tərəfdən nəzərə alsaq ki, ABŞ-də prezident seçkiləri keçiriləcək və Baydenin əsas rəqibi Donald Tramp da Rusiyaya, ümumiyyətlə Ukrayna ilə müharibədə tamamilə fərqli mövqedən çıxış edir, Ukraynadakı vəziyyətin gələcəkdə necə olacağını indidən demək çətindir”.
Politoloq bildirib ki, və ABŞ-nin vaxtilə İraqı işğalı və oranı tərk etməsi faktiki olaraq onu əleyhdarları ilə başa-baş qalmasına gətirib çıxardı: “Bu da ABŞ-nin özünün imicinə ciddi şəkildə zərər verir və onun etibarsız bir tərəfdaş obrazını yaradır. Əgər Ukraynada da eyni ssenari davam edəcəksə və Ukrayna ərazilərinin işğalına göz yumulacaqsa, o zaman Ukraynanın dövlət kimi mövcudluğuna ciddi suallar yaratmaqla bərabər ABŞ-nin dünyanın fövqəl gücü imicinə ciddi zərbə vuracaq və nüfuzuna mənfi təsir edəcək. ABŞ-nin bundan sonra dünyada rolu azalmağa başlayacaq”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB