"İnsanlar böyük sevgi ilə öz ata yurdlarına qayıdır" - MÖVQE BİLDİRİLDİ

“İşğaldan azad olunmuş ərazilərdə yenidənqurma və bərpa işləri sürətlə həyata keçirilir. Müharibənin başa çatdığı 3 ildən artıq bir müddətdə bu ərazilərdə meqalayihələr icra olunmuşdur. Belə ki, yeni şəhərlər və kəndlər ucalır, sosial infrastrukutur yenidən qurulur, yollar yenidən tikilir, dəmir yolları və beynəlxalq hava limanları ərsəyə gəlir, 130-dan çox tunel və körpü inşa edilir”. Bu sözləri SİA-ya açıqlamasında deputat Azər Badamov deyib.

Deputat sözlərinə belə davam edib: “Dövlət başçımızın sərəncamı ilə təsdiq olunmuş 2022-2026-cı illəri əhatə edən Böyük Qayıdışa dair Dövlət proqramı sürətlə icra olunmaqdadır. Bu gün artıq 5 yaşayış məntəqəsi 6 minə yaxın keçimiş məcburi köçkünü qəbul etmişdir. Bu il isə 5 şəhər və 15 kənd olmaqla bərpa edilmiş 20 yaşayş məntəqəsinə 20 min keçmiş məcburi köçkünün qaytarılması nəzərdə tutulub.

30 il məcburi köçkün həyatını yaşamış insanlar böyük sevgi ilə öz ata yurdlarına qayıdır və müasir qurulmuş yeni evlərdə həyatlarına davam etdirirlər.

Böyük Qayıdışa dair Dövlət Proqramına uyğun olaraq 2026-cı ildə Qarabağ və Şərqi Zəngəzur iqtisadi ərazilərində 100 yaşayış məntəqəsi yenidən qurulacaq və 140 min keçmiş məcburi köçkün öz doğma yurdlarına qayıdacaqdır. Təbii ki, bütün bu işlər kənardan heç bir maddi dəstək olmadan dövlətimizin büdcəsi hesabına icra edilir. Azərbaycan dövlətinin güclü iqtisadiyyatı bütün keçmiş məcburi köçkünləri qısa zaman kəsiyində öz doğma yurdlarına qaytarılmasına imkan verəcək”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə