"Türkiyə bütün dünyaya göstərdi ki,..." - POLİTOLOQ ŞƏRH ETDİ

“Türkiyədə keçirilən Antalya Diplomatiya Forumu birmənalı şəkildə Türkiyənin, türk dünyasının dünyaya verdiyi mesajlarla dolu idi. Türkiyə bütün dünyaya göstərdi ki, “dünya 5-dən böyükdür”. Yəni, Türkiyə elə-belə dövlət deyil və siyasi, iqtisadi, hərbi cəhətdən olduqca güclü dövlətdir. Antalya Diplomatiya Forumu da göstərdi ki, Türkiyənin diplomatiya sahəsindəki uğurları da kifayət qədərdir”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Cümşüd Nuriyev deyib.

O bildirib ki, Türkiyə qərb-şərq qarşıdurmasını gündəmə gətirməklə, həm də qərbə mühüm mesajlar verdi: “Bu mesajlar isə daha çox ABŞ və Fransanın ünvanına idi. Çünki hazırda dünyanı qarışdırmaq istəyən qüvvələr bu ölkələrdə toplaşıb. Digər tərəfdən Türk Dövlətləri Təşkilatının ( TDT) mövqeyinin güclənməsi də gündəmə gətirildi və dünyada gedən proseslərin TDT olmadan alına bilməyəcəyi bildirildi. Dünyanın yeni siyasi düzəninin formalaşmasında Türkiyə və türk dövlətlərinin xüsusi rolu var.

Türk və islam dünyasına qarşı olan qərbin səlib yürüşünün əsassız olduğu da müzakirə edildi. Eyni zamanda islam dininə qarşı yürüdülən siyasətin qəbulolunmaz olduğu da vurğulandı”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə