Geosiyasi maraqlar naminə silahlandırılan MARİONET ERMƏNİSTAN – TƏHLİL

Tarix təkrarlanır və biz indi müşahidə edirik ki, bir zamanlar Osmanlı İmperiyasına qarşı istifadə edilən haylardan, yaşadıqları coğrafiyada yenə də gərginlik yaratmaq üçün istifadə edilməkdədir. Müxtəlif dövrlərdə rusların aləti olan ermənilər indi rusların özlərinə qarşı alət olaraq istifadə edilirlər. Alət olmağa alışqan hay tayfasından istifadə edərək, Cənubi Qafqazda gərginlik yaratmağa çalışan Qərbin, eləcə də Avropanın, xüsusən də Fransanın məqsədi bölgədə vəziyyəti bacardıqca ağırlaşdırmaq hesabına Rusiyaya qarşı yeni cəbhə açmaq və beləliklə də bölgədə həmin ölkənin yerini tutmaqdır. Əvvəlcə onlara şərait yaradan, mövcudluqlarına görə minnətdar olmalı olduqları Osmanlı İmperiyasına, türklərə, ardınca da eyni şəkildə borclu olduqları Rusiyaya, ruslara qarşı hayların xəyanət etmələri barədə faktlar, daha dəqiq desək, ermənilərin xəyanətkar və marionet xisləti görünür Qərb, eləcə də, Avropa tərəfindən yaxşıca araşdırılıb və bundan da dövrümüzdə məharətlə istifadə edilir.

Marionet ermənilərin başlarına sığmayan, şeytanın özünün belə ağlına gəlməyən bəzi hiyləgər addımları atmağa da Qərb və Avropa onları, hayları təhrik edir. Bunun üçün müxtəlif yollara əl atılır və hətta pulsuz silahlarla işğalçı ölkəni təmin etməklə, hərbi dəstək vəd etməklə, onları təxribatlar törətməyə sövq edirlər və təxribata nail olduqları zaman da qarşı tərəfin, yəni Azərbaycanın reaksiyasını gözləyirlər ki, buna bir don geyindirsinlər, süni şəkildə də “Azərbaycanın hücuma hazırlaşması” təbliğatını daha dərindən aparsınlar. Diqqətə çatdıraq ki, məhz elə bu fonda Azərbaycan ordusunun Zəngilan istiqamətindəki mövqelərinin atəşə tutulması, Naxçıvan istiqamətində təxribatlara əl atılması, şərti sərhəddə atəşkəsin davamlı şəkildə pozulması heç də təsadüfi deyildi və burada məqsəd vəziyyəti gərginləşdirməkdən, eləcə də Azərbaycanı günahlandırmaqdan ibarət idi. Doğrudur, Azərbaycan tərəfi belə provokasiyalara qətiyyən məhəl qoymur, təxribatlara cavab vermir və hansısa bəhanələr üçün qətiyyən imkan yaratmır, amma bu o demək deyil ki, haylar və onları təxribatlara təhrik edənlər, onların ağaları dinc dayanırlar, xeyr, müxtəlif variantlara da əl atmaqdan çəkinmirlər.

Yəqin ki, Avropa İttifaqı missiyasının Azərbaycanla sərhəddə yerləşdirilməsini təsadüfi addım hesab edən yoxdur. Xüsusən də Azərbaycan haqda kəşfiyyat məlumatlarının toplanması fonunda belə bir təsadüfi qətiyyən qəbul etmək mümükün deyil. Hər halda, fransız generalın sərhədə gəlməsini də turist səfəri kimi dəyərləndirmək olmaz. Üstəlik, Aİ nümayəndələrinin vaxtaşırı sərhəddə peyda olması, binoklla uzaqdan izləmələr aparması da onların seyrə çıxması demək deyil. Əgər Azərbaycanla sərhəd əraziləri onlar seyrəngah bilsəydilər, səfərləri də turist səfəri olsaydı, o halda əraziyə cəsuslar göndərilməzdi və avropalılar özlərini bununla ifşa etməzdilər.

Hər şey göz önündədir və artıq heç kim üçün sirr deyil ki, Qərb, Qərbin təsiri altında olan Avropa, xüsusən də Fransa Ermənistanı Azərbaycana qarşı müharibəyə hazırlayır. Bunun üçün təkcə silah-sursat, hərbi dəstəklə hayların başlarını dumanlandırmaqla kifayətlənmək istəməyən ağaları bütün məkrli planlarını işə salmaq üçün bütün vasitələrə də əl atır. Hələ heç bir münaqişə yaranmadan öncə belə, nə vaxtsa yarana biləcək münaqişəyə istədikləri donu geyindirmək üçün hazırlıq elə əvvəlcədən görülməkdədir. Anti-Azərbaycan isterikasının Qərb mediasında hazırki qədər olması, günü-gündən də genişləndirilməsi heç də təsadüfi deyil. Hələ heç bir hərbi toqquşma olmadan Azərbaycanın hücuma hazırlaşması haqda Qərb artıq bir müddətdir ki, informasiya savaşı müstəvisində dəridən-qabıqdan çıxır. “Ermənistana təhdid olan Azərbaycan” haqda təbliğat artıq Qərb mediasında ona görə genişləndirilir ki, qısa bir toqquşma olcağı təqdirdə belə rəsmi Bakının üstünə olmazın günahları ünvanlasınlar. Yəqin düşünürlər ki, bununla da Azərbaycanı “gözü kölgəli” edə bilərlər, amma unudurlar ki, əvvəla, Azərbaycan heç bir provokasiyaya getməz və digər tərəfdən də ölkəmizi günahkar kimi qələmə verə bilsəydilər, bunu artıq çoxdan edərdilər. Bir sözlə, Qərb, Avropa ölkəmizə qarşı məkrli planlarının həyata keçirilməsi niyyəti ilə öz ağıllarına belə sığışmayan hərəkətlər etməkdən çəkinmək niyyətində görünmür.

Qərbin, Avropanın, xüsusən Fransanın Azərbaycana qarşı qərəzli mövqeyi o həddə çatıb ki, Ermənistandakı və həmin ölkədən xaricdəki bütün revanşist qüvvələrin səylərini birləşdirmək üçün belə hayların ağaları öz əllərindən gələni əsirgəmirlər. Xüsusən də bu işdə Fransa, prezident Makron öndədir. Paşinyanın Parisə son səfəri zamanı biz bunun artıq şahidi olduq. Şahidi olduq ki, Paşinyanın Parisə son səfəri zamanı onu Fransa Erməni Təşkilatlarının Koordinasiya Şurasının həmsədri Murad Papazyanla məhz Makron bir araya gətirdi. Bütün bunlar onu göstərir ki, Fransa, eləcə də həmin ölkə prezidenti, ermənidən betər erməni olan Emmanuel Makron daşnaklar və revanşist qüvvələrlə Paşinyanı “barışdırmaq” üçün bütün səy və bacarıqlarını ortaya qoyub. Sual oluna bilər ki, niyə bir Avropa ölkəsinin prezidenti bu qədər əl-ayağa düşüb? Belə “barışıq” Makronun dırnaqarası “sülhsevərlik” xüsusiyyətindən irəli gəlir, yoxsa, Fransa liderinin belə bir “barışıq” təsadüfən ağlına gəlib? Əlbəttə ki, bunlar isə heç də təsadüfi sayıla bilməz və burada Azərbaycana qarşı öncədən düşünülmüş məkrli niyyətlərin olduğu artıq dəfələrlə öz təsdiqini tapmış olur və yenə də haylardan bir marionet kimi istifadə edilməsi planlaşdırılır. Özünün geosiyasi maraqları naminə Fransa prezidenti daşnakların da, revanşistlərin də, Paşinyanın özünün də ətəyini buraxmır və öz istifadəsi üçün onları alət etmək kimi, tarixən sınanılmış üsula əl atır.

“Görünən kəndə bələdçi lazım deyil”, zərb məsəlində deyildiyi kimi, həqiqətən də Cənubi Qafqazın hərbləşdirilməsi siyasətinin, məhz Ermənistanı alət edərək reallaşdırılmasına Qərbin, Avropanın, xüsusən Fransanın çalışdığını təsdiqləyəcək bələdçiyə qətiyyən ehtiyac yoxdur. İkinci Qarabağ müharibəsindən sonra, daha dəqiq desək, 2020-ci ilin noyabrından sonra Ermənistanın kifayət qədər tükənmiş hərbi arsenalını artırmaq üçün İrəvanın Parisdən aktiv şəkildə silahlar almasını, cidanı çuvalda gizlətməyin mümkün olmaması kimi, qətiyyən sirr olaraq saxlamaq olmazdı və bu barədə təkcə biz yox, indi ağzına su alıb susan, işğalçı ölkənin silahlandırılaraq müharibəyə, münaqişəyə cəlb edilməsinə göz yuman dünya dövlətləri, beynəlxalq təşkilatlar, beynəlxalq ictimaiyyət də yaxşı bilir. Bilmirlərsə, xatırlada bilərik ki, məhz bu ayın əvvəlində Ermənistanın müdafiə naziri Suren Papikyan İctimai Televiziyaya müsahibəsində etiraf edib ki, Fransa və Hindistan İrəvanın əsas hərbi-texniki tərəfdaşlarına çevrilib və “silah alınmasının şaxələndirilməsi məsələsində əhəmiyyətli irəliləyiş əldə edilib”.

Onu da diqqətə çatdıraq ki, hələ Ermənistanın müdafiə nazirindən öncə erməni baş nazir Nikol Paşinyan özü də Ermənistanın İctimai Radiosuna müsahibəsində İrəvanın hərbi-texniki əməkdaşlıq qurmaq üçün ölkələr axtarışında olduğunu təsdiqləyib. O, Ermənistan Silahlı Qüvvələrində islahatlar konsepsiyasını həyata keçirməyə İrəvanın təkbaşına davam edə bilməyəcəyinə işarə də edib. Bir sözlə, işğalçı ölkənin baş naziri də, müdafiə naziri də həmin ölkənin silahlandırıldığını açıq-aşkar şəkildə etiraf edir. Yəqin ki, bu etiraflardan sonra hansısa bir dünya ölkəsinin, yaxud hansısa bir beynəlxalq təşkilatın bununla bağlı xəbərsiz olduğu bəhanəsini söyləyəcək qədər həyasızlığa əl atacağı gözlənilən deyil. Üstəlik, hadisələrin gedişatı heç də onların bəhanə axtaran olması görüntüsünü yaratmır, əksinə, tam əminliklə, özü də ciddi cəhdlə silahlandırma aparılır və bunu kimsədən gizlətmək niyyəti belə müşahidə edilmir.

“Biz bilirik ki, Ermənistanda revanşist əhval-ruhiyyə hələ də güclüdür və bu cür silah tədarükü onları daha da gücləndirir”, - deyə Ceyhun Bayramov bu sözləri təsadüfi səsləndirməyib. Ən azından proseslər, Fransanın işğalçı ölkəyə silah tədarükünü bundan sonra da davam etdirmək niyyəti XİN rəhbərinin sözlərinin əbəs yerə olmadığını təsdiq edir. Hazırda “Bastion” zirehli texnikası, “Thales Group” şirkətinin üç orta mənzilli “Ground Master 200” radarları, MBDA-nın “Mistral” zenit-raket kompleksləri ilə Ermənistanın Fransa tərəfindən təchiz olunması barədə dəqiq məlumatlar var və bunlar sülh şəraitinə deyil, bölgədə vəziyyətin gərginləşdirilməsinə hesablanıb. “Ermənistana yaxın və orta mənzilli raketlər lazımdırsa, onlar da təmin olunacaq”, deyə öz erməni həmkarı Papikyanla İrəvanda keçirdiyi son birgə brifinqdə bəyan edən Fransanın müdafiə naziri Sebastyan Lekornu hələ bundan sonra da silah təchizatının davam etdiriləcəyini açıq şəkildə bildirib. Heç şübhəsiz ki, bütün bu faktlar təsadüfi sayıla bilməz və Fransa hər halda Ermənistanı himayəyə götürəcək bir dövlət deyil və burada hansısa maraqların gizləndiyi təkzib edilə bilməz və bu maraqlar naminə də marionet olkə olaraq tanınan Ermənistan yenə də bir alət rolundadır.

Son vaxtlar müşahidə edirik ki, Parisin göstərişlərinə və əmrlərinə İrəvan kor-koranə şəkildə, sorğu-sualsız, özü də tabe olmaq şərti ilə əməl edir. Deməli, ortada Fransanın maraqlarının olması məntiqi şəkildə özünü təsdiq edir. Görürük ki, Ermənistanın hazırda intensiv şəkildə silahlanması fonunda, İrəvan və Paris silahlı təxribatlara birgə hazırlaşır. Eyni zamanda, onların bacı tandemi təxribatlara məhz Azərbaycanı ittiham etməklə başlamağı planlaşdırır. Ölkəmiz haqqında yalanlar yaymaq üçün kifayət qədər uzun müddətdir ki, davam edən informasiya kampaniyasının da məqsədi elə həmin ittiham niyyətlidir. Artıq Avropada elə bir informasiya, daha doğrusu, dezinformasiya yayılıb ki, guya “Azərbaycan Ermənistana hücum etməyə hazırlaşır” və Fransa da yazıq ilan vurmuş ermənilərə guya kömək etmək üçün bütün “humanizm prinsplərini” ortaya qoyub. Halbuki, Afrikada törətdikləri vəhşiliklərin fonunda Fransa barəsində bu sözü, yəni humanizm sözünü belə işlətmək olmaz. Deməli, əslində, Fransa və onun kimi Qərb özü də Ermənistanı silahlandırmaqla öz maraqlarından çıxış edirlər. Cənubi Qafqazda yeni müharibənin alovlanması onlar üçün son dərəcə vacibdir. Bu, hətta kommersiya məsələsi də deyil, daha boyük məfhumdur, birbaşa geosiyasi mənfəət, maraq məsələsidir. Məsələ burasındadır ki, haylar, erməni cəmiyyəti, Ermənistan dövləti də bu maraqlara, bu mənfəətə hər zaman olduğu kimi alər olaraq qəbul edilir. Daha dəqiq desək, haylar özləri alət olmağı qəbul edirlər və tarix boyu olduğu kimi yenə də marionet olmağı özlərinə rəva bilirlər.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə