"Ermənistan saxta bəyanatları səsləndirməklə..." - ŞƏRH EDİLDİ

"Ermənistan Xarici İşlər Nazirliyinin Sumqayıt hadisələri ilə bağlı açıqladığı bəyanat həqiqəti əks etdirmir və özlərinin törətdikləri vəhşilikləri və cinayətləri ört-basdır etməyə hesablanmışdır". Bu sözləri SİA-ya açıqlamasında deputat Azər Badamov deyib.

Deputat bildirib ki, Ermənistan həmişə belə saxta bəyanatları səsləndirməklə beynəlxalq ictimaiyyəti çaşdırmağa çalışmışdır: "Çünki Azərbaycan Ermənistan münasibətlərinin pisləşməsi və düşmənçilik səviyyəsinə gəlməsinin səbəbkarı Ermənistanın özüdür. Belə ki, 80-cı illərin axırında Ermənistan 300 mindən çox azərbaycanlını öz tarixi torpaqlarından qovub və bu zaman 200-dən çox azərbaycanlı qətlə yetirilib. Sumqayıt hadisələrinin təşkilatçıları da ermənilər olmuşdur. Belə ki, SSRİ Prokurorluğunun apardığı istintaq tədbirləri nəticəsində Sumqayıt hadisələrinə Eduard Qriqoryanın rəhbərlik etdiyi məlum olmuşdur. Çox təəssüf ki, Qriqoryan cəzasını çəkmək üçün Ermənistana göndərilib azadlığa buraxılmışdır. Sumqayıt hadisələrinin törədilməsində ermənilərin məqsədi Qarabağda öz çirkin niyyətlərini reallaşdırmaq üçün əsas yaratmaq idi.

Ermənilər Sumqayıtda başladıqları cinayətləri sonradan Qarbağda davam etdirməyə başladılar. 90-cı illərin əvvəlində 700 mindən çox azərbaycanlı öz doğma yurdlarından məcburi köçkün olmağa məcbur edildi, xalqımıza qarşı soyqırımlar və hərbi cinayətlər işlədildi. Bu tarixi bilmək üçün çox da keçmişə qayıtmaq lazım deyil. Ermənistanın bütün çirkin planları ifşa olunmuşdur. Azərbaycan keçən ildə keçirilmiş antiterror tədbirləri ilə öz ərazilərində suverenliyini bərpa etmişdir. Ermənistan bu gün beynəlxalq məhkəmələrdə cavab verməlidir. Ermənistanın Xarici İşlər Nazirliyi saxta bəyanatlar səsləndirməklə boyunlarını məhkəmələrdən qurtarmağa çalışırlar. Amma unutmasınlar ki, cinayətlərdə əli olan hər kəsin gec-tez ittiham kürsüsünə çıxarılmasına və layiqli cəzasını almasına çalışacağıq".

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə