“Qalib Azərbaycan vətəndaşlarının hüquqları ən ali məqam hesab olunur” - ŞƏRH EDİLDİ

“Qalib Azərbaycan vətəndaşlarının hüquqları ən ali məqam hesab olunur” - ŞƏRH EDİLDİ

“Azərbaycanda insan haqları yüksək səviyyədə qorunur və xarici ölkələrlə müqayisədə deyə bilərik ki, Azərbaycan öz vətəndaşlarının arxasında dayanır. Xaricdə də Azərbaycan vətəndaşlarının hüquqlarının qorunması naminə çox güclü, praktiki addımlar atılır. Səfirliklər, diplomatik nümayəndəliklərimiz tərəfindən bu iş ardıcıl olaraq həyata keçirilir”. Bu sözləri SİA-ya açıqlamasında politoloq İlyas Hüseynov deyib.

Politoloq bildirib ki, məhz insan haqları sayəsində Azərbaycanda aparılan işlər deməyə əsas verir ki, hüquqi dövlət quruculuğu və dövlət maraqlarının təminatı sahəsində insan haqlarına çox böyük diqqət ayrılır: “Düşünürəm ki, Azərbaycanın bu sahədə beynəlxalq göstəriciləri daha da inkişaf etdiriləcək, məhz qanunvericilik, konstitusion hüquqların qorunması və insan haqlarına verilən yüksək dəyər kontekstində insan haqları ilə bağlı zaman keçdikdən sonra vəziyyət daha da yaxşılaşdırılacaq.

Ölkə başçısı İlham Əliyev də məhz ictimai iştirakçılığın artırılması, dövlət orqanlarına və birbaşa cənab Prezidentə müraciət ilə bağlı çağırış etmişdir. Artıq yeni, zəfər dövründə vətəndaşların hüquqlarının bərpası ilə bağlı məsələyə çox ciddi yanaşılır və bu həm də yeni dövrün əsas tələblərindən biridir. Qalib Azərbaycan vətəndaşlarının hüquqları ən ali məqam hesab olunur”.

Bütün xəbərlər Facebook səhifəmizdə