“Siz partiya deyilsiz, namərd yığınısız” - DEPUTATDAN REAKSİYA

“Siz partiya deyilsiz, namərd yığınısız” - DEPUTATDAN REAKSİYA

“Ayaz Məhərrəmli AXCP sədri Əli Kərimlinin uydurduğu nağıl və əfsanələrlə yaşayan əbləhdir. Ona görə ağlına gələni danışır. Və heç şübhəsiz ki, belələrinə hürmək əmrini də elə Əli Kərimlinin özü verir”. Bu sözləri SİA-ya açıqlamasında deputat Elşən Musayev deyib.

Deputat sözlərinə belə davam edib: “Bunlar həqiqətən bədbəxt adamlardır. Üstəlik, söylədikləri də absurddur: Seçkiyə qatılmırlar, ortalıqda yoxdurlar, 2 qəpiklik hörmətə sahib deyillər, amma danışanda başlarından da, yaşlarından da, beyinlərindən də yekə danışırlar.

Quldurbaşı Əli Kərimliyə və onun rəzil komandasına belə məqamda deyiləcək tək bir şey var: Deyinin, deyinə bildiyiniz qədər. Mırıldayın, mırıldaya bildiyiniz qədər. Zatən bitmisiz. Zatən rəzilliyin ən son, kuliminasiya həddindəsiz. Zatən üfunət qoxursuz. Zatən antimilli fəaliyyətinizlə şərəfsizliyi də, binamusluğu da, ləyaqətsizliyi də boynunuza almısız, öz üzərinizə götürmüsüz.

Siz xalq cəbhəsi deyilsiz. Siz xalq əleyhinə cəbhəsiz.

Siz partiya deyilsiz. Siz namərd yığınısız.

Siz müxalifət deyilsiz. Siz - rəzalətsiz!”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə