Artıq müəyyən müddətdir ki, "Azadlıq" radiosu, "Amerikanın səsi" və "BBC"-nin Azərbaycan nümayəndəlikləri ölkəmizə qarşı qara piar kampaniyası aparır, dezinformasiya yaymaqla yerli və beynəlxalq ictimai rəyi yanıltmağa çalışırlar.
Sadəcə olaraq, Qərbin təzyiq qruplarının informasiya aləti olan bu üç qurum haqqında iki məqam bir reallığı ifadə edir: onlar Azərbaycan dövlətinin milli maraqlarını, xalqımızın isə mənəvi dəyərlərini hədəf seçiblər.
BİRİNCİ MƏQAM: bu, həmin "Azadlıq"dır ki, şəhidlərimizin məzarlarının ziyarət edilməsi və əziz xatirələrinin yad olunması ilə bağlı videomaterialı “27 sentyabr - müharibə qurbanları Azərbaycanda yad edilib” qeydi altında paylaşmışdı. Halbuki Azərbaycanın ərazi bütövlüyü uğrunda öz üzərinə düşən vəzifəni şərəflə, ləyaqətlə və cəsarətlə yerinə yetirən, şəhidlik zirvəsinə yüksələn Vətən övladları “müharibə qurbanları” deyil, Vətən müharibəsi qəhrəmanlarıdır. Bu, milli qürur, milli ləyaqət və milli mənəviyyat məsələsidir.
İKİNCİ MƏQAM: bu, həmin "BBC Azərbaycanca"dır ki, artıq tarixin arxivinə gömülmüş qondarma “Dağlıq Qarabağ”ın "rəsmiləri"nin Azərbaycanla bağlı təxribatçı fikirlərini xüsusi olaraq işıqlandırır, dünyanın tanımadığı, Azərbaycan torpaqlarının işğalı hesabına yaradılmış separatçı rejimi “Dağlıq Qarabağ respublikası” kimi təqdim edirdi...
ÜÇÜNÇÜ MƏQAM: bu, həmin "Amerikanın səsi"dir ki, Azərbaycanın öz ərazi bütövlüyü və suverenliyini bərpa etməsini hədəf seçərək mütəmadi olaraq ölkəmiz əleyhinə ermənipərəst şəxslərin fikirlərini tirajlayır. Son zamanlar Karapet Chatchatrian, Lilit Asatryan, Roobik Minasian və digər bu kimi kimi ermənilərin Azərbaycana qarşı "araşdırmaları"nın əsas tribunasının "Amerikanın səsi" olması təəccüblü və təsadüfi deyil.
... Və əlavə şərhə - başqa sözə ehtiyac yoxdur. Özləri demiş, "no comment!".
Nurlan QƏLƏNDƏRLİ
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB