"Avropa Şurası bizə münasibətdə ilana, əjdahaya döndü" - ŞƏRH EDİLDİ
"Azərbaycan Respublikası 2021-ci ildə Avropa Parlament Şurasının üzvü qəbul olundu". Bu sözləri SİA-ya açıqlamasında deputat Anar İsgəndərov deyib.

Deputat bildirib ki, Azərbaycanın Avropa ailəsinə daxil olmaqda məqsədi var idi: "Məqsədi ondan ibarət idi ki, Ermənistanın Azərbaycana qarşı törətdiyi bu təcavüzü bütün Avropaya anlatsın. Bu təcavüzün aradan qaldırılması üçün Parlament Şurasından kömək istəsin. İşğala məruz qalanla işğal edən arasında olan fərqi ayırd etsin. Ermənistanı BMT Təhlükəsizlik Şurasının qətnamələrini yerinə yetirməyə çağırsın.
Təəssüflər olsun ki, Avropa Şurası 2001-ci ildən 2020-ci ilə qədər Azərbaycanla münasibətdə elan etdi ki, onun məqsədi ancaq insan haqları və hüquqlarıdır. Avropanın başqa təşkilatları bu məsələlərlə məşğul olur. Əslində Avropa Parlament Şurası Ermənistanın işğalına haqq qazandırdı. Bu 20 il ərzində də Azərbaycana qarşı münasibətdə Ermənistanın müdafiə olunması açıq-aydın göründü. Amma Azərbaycan dəfələrlə Ermənistanın işğalçı dövlət kimi tanınması məsələsini Parlament Şurasına çıxaranda Parlament Şurası rəhbərliyi bunu həll etmədi. Ermənistanı birmənalı olaraq müdafiə etdi. 2020-ci ilin 44 günlük Vətən müharibəsi ilə Avropa Şurası da bizə münasibətdə ilana, əjdahaya döndü. Dünənə qədər "ərazi məsələlərinə mən baxmıram", "torpaqların kimə məxsus olması ilə məşğul olmuram" deyən Avropa Parlament Şurası Ermənistanı müdafiə etmək üçün dəridən-qabıqdan çıxdı. Ancaq Azərbaycan 90-cı illərin Azərbaycanı olmadığı üçün Avropa Şurasına da məhəl qoymadı, tarixi torpaqlarını işğaldan azad etdi. Erməni daşnak qüvvələrinin son istinadgahı olan Xankəndi başda olmaqla digər əraziləri də 2023-cü ildə azad etdi. Azərbaycanın üçrəngli bayrağı bütün torpaqlarımızda dalğalanmağa başladı. Ona görə də Avropa Şurası Azərbaycana qarşı mümkün olan böhtanları atdı. Amma Azərbaycan ram olmadı, geri çəkilmədi".
"Azərbaycan 2024-cü ilin 7 fevral tarixinə növbədənkənar prezident seçkilərini saldı, məlum oldu ki, seçkiləri uğurla keçirdi. Bütün dünya, seçkidə iştirak edən təşkilatlar, dünya dövlətlərinin nümayəndələri demokratik seçki ilə üz-üzə gəldilər. Bu münasibətlə Azərbaycanı təbrik etdilər. Avropa Parlament Şurası hələlik susub. Atdıqları böhtanlar o qədər çoxdur ki, mən inanmıram ki, Avropa Şurası o böhtanları yığışdıra bilsin. Azərbaycana düşmən münasibət sərgilədi, ərazi bütövlüyümüzü şübhə altına aldı. Guya, Azərbaycanda ermənilərə qarşı etnik təmizləmə həyata keçirilib. Azərbaycan vaxtı ilə arzulayırdı ki, Avropa Şurasının üzvü olsun, AŞPA Azərbaycanın haqqını müdafiə etsin. AŞPA bunları etmədisə, Azərbaycanın Avropa Şurasına nə ehtiyacı var? O Şura ki, orada haqq və ədalətdən əsər-əlamət yoxdur".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB