“Seçki xalqın öz liderinə təşəkkürünün ifadəsi üçün fürsət idi” - ŞƏRH EDİLDİ
“7 fevral 2024-cü ildə həyata keçirilən növbədənkənar prezident seçkiləri ilk növbədə Azərbaycan demokratiya tarixində yeni bir keyfiyyət mərhələsi kimi yadda qaldı. Demokratiya, siyasi-hüquqi hadisə Azərbaycan tarixinə xalq tərəfindən ümummilli sevincə çevrilən hadisə kimi yazıldı. Təbii ki, bu gözlənilən idi”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Hikmət Babaoğlu deyib.

Deputat bildirib ki, 2020-ci ildə əldə etdiyimiz tarixi zəfər kontekstində və ötən ilin sentyabrındakı anti-terror tədbirləri nəticəsində ermənilərin ölkəmizdən çıxması ilə hər bir Azərbaycan seçicisi, vətəndaşı böyük sevinci və tarixi anları bizə yaşadan siyasi liderə minnətdarlığını ifadə etmək üçün fürsət axtarırdı: “7 fevralda baş tutan seçkilər, həm də Azərbaycan xalqının öz liderinə təşəkkürünün ifadəsi üçün bir fürsət idi. Azərbaycan xalqı da təşəkkürünü yüksək siyasi mədəniyyətlə nümayiş etdirməyi bacardı. Azərbaycan xalqının mütəşəkkil mövqeyi dövlət başçısına olan inamı bir daha sübut etmiş oldu. Azərbaycan cəmiyyəti yüksək seçki mədəniyyəti ilə Avropadakı islamafob qruplara dərs verdi. Həmçinin Azərbaycana qarşı sanksiyaların tətbiq olunmasını istəyən mərkəzlərə xalqın cavabı oldu”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB