"Siz tarixin zibilliyində çabalamağa məhkumsunuz" - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

"Siz tarixin zibilliyində çabalamağa məhkumsunuz" - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

"Məmməd İbrahim adında qaragüruh qırıntısı da, “AXCP” adında söyüş, təhqir, böhtan maşınının digər vintləri də bir şeyi dəqiq bilsinlər və yekə qulaqlarına sırğa etsinlər. Siz tarixin zibilliyində çabalamağa məhkumsunuz! Siz ömrünüz boyunca üfunət qoxacaqsınız. Siz mövcud iqtidarın, Azərbaycan xalqının hər möhtəşəm qələbəsindən sonra daha da rəzil duruma düşəcəksiniz, daha da rüsvay günə qalacaqsınız!". Bu sözləri SİA-ya açıqlamasında deputat Elşən Musayev deyib.

Deputat sözlərinə belə davam edib: "Təbii, yanırlar. Yanıb-tökülürlər. Boğulurlar. Çünki qara ambisiyalarını, niyyətlərini həyata keçirə bilmədilər. Çünki xaricdən gələn, ötürülən pullar növbəti dəfə batdı. Çünki Əli Kərimli adında vətən xaininin və onun namərd komandasının bundan sonra hələ bir 7 il də kompüter qarşısında oturmaqdan, mırıldamaqdan, hürməkdən savayı işi olmayacaq!

Yaramazların sonu, aqibəti həmişə belə olur. Yanın, cızdağınız çıxsın. Çürüyün, öz alçaq xislətinizin, murdar beyninizin, bəsit məntiqinizin, cılız dünyagörüşünüzün girdabında. Gədələr!".

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə