“Seçkilərin şəffaf şəkildə aparılması seçicilər üçün böyük şansdır“ - Pedro De Morais Neto

“Seçkilərin şəffaf şəkildə aparılması seçicilər üçün böyük şansdır“ - Pedro De Morais Neto

“Anqola hökuməti olaraq bizə seçkilərdə müşahidə aparmağa imkan yaratdığınız üçün təşəkkür edirik”. SİA xəbər verir ki, bu sözləri brifinq zamanı Anqola Parlamentindən heyət rəhbəri Pedro De Morais Neto deyib.

O bildirib ki, seçkilərin bu cür şəffaf şəkildə aparılması seçicilər üçün böyük şansdır: “Bir daha təsdiq etmək istəyirəm ki, seçkilər tamamilə demokratik şəraitdə keçirilib. Qeyd edim ki, Bakı və Sumqayıt şəhərlərində 15 seçki məntəqəsində olduq. Seçki məntəqələrində bayram abu-havası var idi, seçicilər çox fəal idilər”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə