Qriqoriy Karasin mətbuat konfransı keçirib - FOTO

Qriqoriy Karasin mətbuat konfransı keçirib - FOTO

"Bu mənim ilk Prezident seçkiləri səfərimdir". SİA xəbər verir ki, bu sözləri Rusiya parlamentinin komitə sədri Qriqoriy Karasin deyib.

Komitə sədri bildirib ki, bura onun üçün çox maraqlıdır: "Çünki mənim peşəkar kariyerama baxsaq, müxtəlif işlərdə çalışmışam, amma bu mənim ilk müşahidəçi qismində işimdir. Mənim üçün qürurdur ki, Azərbaycana gəlmişəm. Görüş zamanı ikitərəfli münasibətlərin perspektivləri və digər məsələləri müşahidə etdik. Seçkilərdən bir gün əvvəl də həmkarlarımızla söhbətlərimiz oldu. Sübh tezdən seçki məntəqələrini ziyarət etməyə başladıq. Seçkilərin təşkili açıq formatda və məqbul səviyyədə oldu. Seçki məntəqəsində bizdən də başqa yerli və digər təşkilat və ölkələrdən olan müşahidəçilər var idi. Biz 9-a yaxın seçki məntəqəsini ziyarət etdik. Seçki proseslərinin təşkilatçıları işlərini açıq şəkildə həll edirdilər. İnsanların üzlərində təbəssüm var idi. Düşünürəm ki, seçki prosesinin mahiyyəti bundan ibarətdir. Məni təəccübləndirdi ki, seçki prosesi geniş zalları olan binalarda keçirilirdi. Namizədlər haqqında da məlumat var idi, insanlar yaxınlaşıb tanış olurdular. Seçkilər məsuliyyətli təşkil olunmuşdur".

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə