Respublika üzrə seçici fəallığı 76,73 faiz

Respublika üzrə seçici fəallığı 76,73 faiz

Mərkəzi Seçki Komissiyası (MSK) bu gün keçirilən növbədənkənar prezident seçkiləri ilə bağlı səsvermə prosesində saat 19:00-a olan seçici fəallığını açıqlayıb. SİA xəbər verir ki, MSK Katibliyinin İnformasiya Mərkəzinin müdiri Fərid Orucov bildirib ki, saat 19:00-a qədər respublika üzrə 4971032 nəfər səs verib, seçici fəallığı 76.73% faiz olub.

Müəllif: Rəşid Qarayev

Bütün xəbərlər Facebook səhifəmizdə