71 yaşlı seçici: “Bir ana kimi İlham Əliyevə səs verməyi özümə borc bildim” - FOTO

71 yaşlı seçici: “Bir ana kimi İlham Əliyevə səs verməyi özümə borc bildim” - FOTO

Ölkəmizdə növbədənkənar prezident seçkilərində seçici fəallığı davam edir. Seçicilərin fəal olduğu seçki məkanlardan biri də 36 saylı Xətai-Suraxanı seçki dairəsinin 38 saylı məntəqəsidir. Seçicilər arasında diqqətimizi 71 yaşlı Quliyeva Qönçə Hüseyn qızı çəkdi.

71 yaşlı Qönçə Quliyeva ilə söhbət zamanı “Nə əcəb səhhətinizlə əlaqədar evdə səs vermək üçün müraciət etməmisiniz” – deyə soruşuram. Deyir ki, seçki məntəqəsinə gəlib bir ana kimi İlham Əliyevə səs verməyi özümə borc bildim. Bu əmin-amanlığı, sabitliyi qoruyub saxlamalıyıq: “Öz dövlətinin ali rəhbərinin seçilməsində iştirak etmək böyük səadətdir. Bu həm də ciddi məsuliyyətdir. Gizlətmirəm, mən o namizədə səs verdim ki, dövlət müstəqilliyimizin bərpasında və möhkəmləndirilməsində onun rolu və xidmətləri misilsiz dərəcədə böyükdür. Həmin dövlət və siyasət xadimi elm-təhsilimizin hamisi, gənclərin hərtərəfli inkişafına daim dövlət qayğısı göstərən İlham Əliyevdir. Bütün bunları düşünmək məni duyğulandırır və sabaha inamımı artırır. Builki seçkilərə nəvəm Quliyev Vaqif Bəxtiyar oğlu ilə gəlmişəm. Seçkinin gedişindən də çox razıyam”.

Bütün xəbərlər Facebook səhifəmizdə