Azərbaycanın Türkmənistandakı səfirliyindəki seçki məntəqəsində seçici fəallığı müşahidə olunur - FOTOLAR
Azərbaycanın Türkmənistandakı səfirliyində yaradılmış seçki məntəqəsində seçici fəallığı müşahidə olunur. SİA xəbər verir ki, 7 fevral 2024-cü il - növbədənkənar Azərbaycan Respublikasının Prezident seçkiləri ilə əlaqədar Türkmənistan ərazisində daimi yaşayan, müvəqqəti olan, uzunmüddətli ezamiyyətdə olan 18 yaşına çatmış Azərbaycan Respublikası vətəndaşları səfirliyikdə yaradılmış 48 nömrəli seçki məntəqəsində səsvermə hüquqlarını həyata keçirirlər.
Səfirlikdən verilən məlumata görə, yerli vaxtla saat 08:00-dan aktiv seçki hüququna malik Azərbaycan Respublikası vətəndaşları seçki məntəqəsində səs verərək seçki hüququndan istifadə edirlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB