“Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 20 illik fəaliyyətində sosial sahənin inkişafı mühüm yer tutub və regionların sosial-iqtisadi inkişaf proqramına dair 4 dövlət proqramının uğurla həyata keçirilməsi bunun göstəricisidir. Çünki ölkə başçısı Prezidentliyinin ilk günlərindən ölkə vətəndaşlarının rifah halının yaxşılaşdırılmasını əsas məqsəd kimi qarşıya qoymuş və bu günə kimi vədinə sadiqliyini əməli işlə sübut etmişdir”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Tahir Rzayev deyib.
Deputat bildirib ki, regionların sosial-iqtisadi inkişafına dair 4 dövlət proqramı ölkə vətəndaşlarının sosial rifahının yaxşılaşdırılması ilə bərabər, həm də şəhər və kəndlərin simasını tamamilə müsbətə doğru dəyişib: “Həyat şəraitinin yaxşılaşdırılması istiqamətində vacib olan bütün məsələlərin həlli istiqamətində uğurlu addımlar atılıb.
20 il ərzində maaşlar, müavinətlər, pensiyalar bir neçə dəfə artırılıb, istər məktəb, istərsə də xəstəxana tikintisində mühüm irəliləyişlər əldə olunub. Bu dövrdə ölkədə 3700-dən artıq məktəb, 750 xəstəxana insanların istifadəsinə verilib. Bu uğurlar getdikcə daha da inkişaf etdirilir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB