"Ermənistanın KTMT-dən çıxmaq niyyəti yoxdur" - ŞƏRH EDİLDİ

"Ermənistanın KTMT-dən çıxmaq niyyəti yoxdur" - ŞƏRH EDİLDİ

"Ermənistanın KTMT haqqında səsləndirdiyi fikirləri səmimi hesab etmək olmaz. Bu, Ermənistanın Qərblə Rusiya arasındakı konfrantasiyadan qazanmaq məqsədinə hesablanmış fikirlərdir". Bu barədə SİA-ya açıqlamasında politoloq Yeganə Hacıyeva deyib.

Onun sözlərinə görə, Ermənistan Qərbə KTMT-dən ayrılmaqla Rusiyadan qopduğunu göstərmək istəyir. O, Qərbdən daha çox dəstək almaq üçün manevr edir. KTMT-nin üzvü olmaq, Ermənistan daxilində Rusiyanın 102-ci bazasının olması bu dövlətin müdafiə və təhlükəsizliyinin elementidir.

Politoloq bildirib ki, hazırda Ermənistanın nə KTMT-dən çıxmaq, nə də 102-ci bazanı ölkədən çıxarmaq niyyəti yoxdur: “Çünki Ermənistan üçün bu müdafiə imkanlarının alternativi yoxdur. 102-ci baza bu iki ölkənin Müdafiə Nazirliklərinin müştərək qoşun bölmələri kimi Ermənistanın dövlət müdafiə və təhlükəsizlik təchizatlarıdır. Ermənistanın KTMT və Rusiyadan istəyi Qarabağ müharibəsində onların da iştirak etməsidir. Ermənistan KTMT-ni Azərbaycanla müharibəsində ona dəstək olmaması ilə günahlandırır. 44 günlük müharibədə KTMT-yə bir neçə dəfə müraciət etsə, iclas çağırmağa çalışsa da Azərbaycanın digər müstəvilərdəki strateji tərəfdaşları olan ölkələr bununla razılaşmadı”.

Müəllif: Rəşid Qarayev

Bütün xəbərlər Facebook səhifəmizdə