"Nurəddin Məmmədlinin açıqlamaları ciddi önəm daşımır" - PARTİYA SƏDRİ BİLDİRDİ
AXCP Ali Məclisinin üzvü Nurəddin Məmmədli bildirib ki, AXCP gücləndikcə siyasi məhbuslarının sayı da artır. AXCP müxtəlif cinayət əməllərinə görə həbs edilən şəxsləri siyasi məhbus kimi qələmə verməklə nə əldə etməyə çalışır? SİA mövzu ilə bağlı Azərbaycan Milli İstiqlal partiyasının sədri Arzuxan Əlizadənin fikrini öyrənib.
A.Əlizadə bildirib ki, bu kifayət qədər böyük mövzudur: “Yalnız mütəxəssislər tərəfindən müəyyən edilə bilər ki, kim öz baxışlarına görə, kim törətdiyi cinayət əməllərinə görə həbs olunub. Hər halda həbs olunanların böyük əksəriyyətinin konkret cinayət əməlinə görə həbs olunduqları ilə bağlı məlumatlar verilir. Bununla bağlı hüquq-mühafizə orqanlarının açıqlamaları var. Eləcə də məhkəmə istintaqı dövründə də biz buna şahidlik edirik”.
Sədr qeyd edib ki, bu cür qərəzli mövqe nümayiş etdirməklə əslində kimin siyasi motivlərə görə, kimin baxışlarına yaxud konkret cinayət əməlinə görə həbs olunmasını müəyyənləşdirmək mümkün deyil: “Adı çəkilən şəxs də son dövrlərdə qeyri-adekvat açıqlamaları ilə gündəmə gəlir. Ona görə də onun açıqlamaları yaxud məsələyə bu şəkildə münasibət bildirməsi ciddi önəm daşımır”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB