Müstəqil Azərbaycanımızın memarı, ümummilli lider, dahi şəxsiyyət Heydər Əliyevin layiqli davamçısı cənab İlham Əliyev, fəaliyyəti ilə xalqın rəğbətini qazanmış, xalqımızı gələcəyə daha böyük ümidlər bəsləməyinə əminlik yaratmışdır. 2003-cü il oktyabrın 1- də Ulu Öndər Heydər Əliyev Azərbaycan xalqına tarixi müraciətində deyimişdi: “İlham Əliyev praqmatik düşüncəli, yüksək ideyalı mənim qurub başa çatdıra bilmədiyim ən çətin işləri axıra çatdıra biləcək bir şəxsiyyətdir. Mən ona özüm qədər inanıram”. Xalqımız bu müdrik sözləri qəbul edərək, öz səsini Ulu Öndər Heydər Əliyev siyasətinin davam etdirilməsinə və ölkədə sabitliyin qorunmasına verdi.
Azərbaycanın beynəlxalq aləmdə mövqeyinin möhkəmlənməsi, dünyanın nüfuzlu beynəlxalq təşkilatları ilə qarşılıqlı faydalı münasibəti Prezident İlham Əliyevin uğurlu siyasətinin nəticəsidir. Azərbaycan öz müstəqilliyini möhkəmləndirmiş, iqtisadi potensialını gücləndirmişdir, dünyada öz yerini tuta bilmiş və bütün sahələrdə sürətlə inkişaf etməkdədir. Dövlətimiz sülhü və sabitliyi qorumaq, qayda-qanuna riayət etmək, sosial məsələlərin həll etmək üçün əlindən gələni əsirgəmir. Azərbaycanın uğurlu neft strategiyası, iqtisadi inkişafı, ölkədə gedən quruculuq işləri, gətirilən iri həcmli xarici sərmayələr təqdirəlayiqdir. Cənab Prezidentin hakimiyyəti illərində milli-mənəvi dəyərlərin qorunması, azərbaycançılıq ideologiyası və Azərbaycan mədəniyyəti geniş təbliğ olunur, xalqın rifahı üçün genişmiqyaslı proqramlar həyata keçirilir, ölkəmizdə elm, təhsil, mədəniyyət, səhiyyə, idmanın inkişafına dəstək verilir.
Ölkəmiz inkişaf edərək, güclənərək Azərbaycan üçün ən ağır problem olan Ermənistan-Azərbaycan, Qarabağ münaqişəsini həll etdi. Dövlətimizin başçısı öz çıxışlarında “Bizim heç bir ölkənin torpağında gözümüz yoxdur, öz torpaqlarımızı da heç kimə verməyəcəyik” deyə bildirirdi. Uzun illər möhtərəm Prezidentimiz ədaləti müdafiə edərək, Azərbaycanın haqq işini, ərazi bütövlüyünü bərpa etmək üçün, münaqişəni beynəlxalq hüquq normaları əsasında sülh yolu ilə həllini tapmağa çalışırdı. Müzəffər Ali Baş Komandanımızın tədbirləri sayəsində Azərbaycan ordusunun döyüş qabiliyyəti artırıldı, silahlı qüvvələrin maddi-texniki bazası möhkəmləndirildi, ordumuz ən müasir silah və texnika ilə təchiz edildi, dünyanın ən güclü orduları sırasında yer aldı. 2020-ci il sentyabrın 27-də Ermənistanın hərbi təcavüzünə cavab olaraq başlatdığı haqq savaşında hərbi uğura imza ataraq beynəlxalq qururmların illərlə həll edə bilmədiyi məsələni 44 gün ərzində həll etdi. Müzəffər Lider Birinci Qarabağ müharibəsindəki məğlubiyyəti ilə mənəvi cəhətdən sarsılmış xalqımızı ikinci Qarabağ müharibəsindəəldə etdiyi qələbə ilə qürurlu, alnıaçıq, müzəffər xalq kimi dünyaya tanıtdı, təkcəərazi bütövlüyümüzü deyil, milli qürurumuzu da bərpa etdi. Qələbəyə gedən çətin və keşməkeşli yolda güclü iqtisadiyyat, güclü ordu yaratdı, Ermənistanın işğalçılıq siyasətini ifşa etdi. Bunun üçün beynəlxalq müstəvidə fəal iş aparıldı, Qarabağ həqiqətlərini, erməni işğalı ilə bağlı həqiqətlər dünyaya çatdırıldı. Böyük Zəfərdən sonrakı illər ərzində Müzəffər Lider öz siyasətini müvəffəqiyyətlə davam etdirmiş, misilsiz quruculuq işləri görmüş, ordunu gücləndirməyə davam etmişdir.
Prezident İlham Əliyevin rəhbərliyi ilə görülmüş genişmiqyaslı işlər, sistemli və ardıcıl tədbirlər, dərin islahatlar nəticəsində hazırda Azərbaycan siyasi və makroiqtisadi baxımdan sabit, təhlükəsiz ölkə, regionun siyasi, iqtisadi və mədəni mərkəzi, irimiqyaslı enerji, nəqliyyat və infrastruktur layihələrinin təşəbbüskarı və fəal iştirakçısı, Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində etibarlı tərəfdaş status qazanmışdır. Azərbaycan dünyanın məhdud sayda üzvü olan kosmos klubuna daxildir.
Bölgələrin inkişafında Prezident İlham Əliyev tərəfindən təsdiq edilmiş regionların sosial-iqtisadi inkişafı ilə bağlı dövlət proqramlarının icrası böyük əhəmiyyət kəsb edir, şəhərlər abadlaşır, gözəlləşir. Kənd təsərrüfatının inkişafı üçün böyük meliorasiya tədbirləri görülüb, su anbarları tikilib. Ölkə daxilində nəqliyyat infrastrukturu yenilənib. Multikulturalizm, idman, turizm bütün sahələrdə uğurlar əldə edilib.
Cənab Prezidentin həyata keçirdiyi müdrik daxili islahatlar və uzaqgörən, məqsədyönlü xarici siyasət sayəsində bu gün biz heç kimdən asılı deyilik, xalqımız azaddır, gözəl ölkəmiz var, xalq-iqtidar birliyi var. Azərbaycan xalqı öz Prezidenti ilə qürur duyur.
Sevinc Kərimova,
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) “Rəqəmsal texnologiyalar vətətbiqi informatika” kafedrasının müəllimi, i.f.d.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB