"Sülhə gedən yol Ermənistanın iddialarından imtina etməsindən keçir” - MÖVQE BİLDİRİLDİ

"Sülhə gedən yol Ermənistanın iddialarından imtina etməsindən keçir” - MÖVQE BİLDİRİLDİ

“Azərbaycan Prezidenti Parlamentlərarası İttifaqın Baş Katibi Martib Çunqonqu qəbul edərkən Azərbaycanla Ermənistan arasında mümkün sülhlə bağlı yenidən öz fikirlərini səsləndirdi. Bu fikirlərlə yenidən Azərbaycanın mövqeyinin beynəlxalq hüquqa tamamilə uyğun olması bəlli oldu”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Hikmət Babaoğlu deyib.

Deputat bildirib ki, bizim mövqeyimiz etibarlı və uzunmüddətli sülh üçün əsas yaradır: “Əgər Ermənistan Konstitusiyasında Azərbaycan ərazisinə iddialar qalacaqsa, hər hansı bir etibarlı sülhdən danışmaq olmaz. Çünki bu zaman imzalanacaq sülh müqaviləsi sadəcə kağız parçası olacaq. Bu səbəbdən də ilk növbədə Ermənistan konstitusiyasından “Qarabağa birləşmək” müddəası çıxarılmalıdır. Həmçinin ermənilərə qarşı soyqrımı törədilməsi iddiası da çıxarılmalıdır. Çünki məsələ tamamilə əksinədir, ermənilər xalqımıza qarşı soyqrımı törədiblər. Bu səbəbdən real sülh üçün Azərbaycan dövlət başçısı real fikirlər səsləndirdi. Sülhə gedən yol Ermənistanın Azərbaycan ərazilərinə olan iddialarından imtina etməsindən keçir”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə