Ulu Öndər Heydər Əliyevin layiqli davamçısı Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidenti kimi 20 il ərzində Azərbaycanın dinamik inkişafını formalaşdırmış, respublikamızı regionun simasını dəyişən aparıcı dövlətinə çevirmişdir. Onun uzaqgörən siyasəti Azərbaycan Respublikasının müstəqil xarici siyasətini, iqtisadi inkişafını və regional əməkdaşlığını formalaşdıran bir çərçivədə özünü tapmaqdadır. Bu siyasət, ölkənin strateji maraqlarını qorumağa və mövcud iqtisadi vəziyyətini gücləndirməyə yönəlmişdir.
İkinci Qarabağ müharibəsində dövlət başçısı, müzəffər Ali Baş Komandan İlham Əliyevin uğurlu siyasəti və ordumuzun gücü sayəsində, qəhrəmanlarımız böyük bir igidlik və müstəqil ruhla düşmənlərimizə üstün gələrək 30 illik münaqişəni sona çatdırmış və işğal olunmuş əraziləri azad etmişdir. Bu, İlham Əliyevin liderliyi altında təşkil olunan, müasir və inkişaf etmiş hərbi strukturların, strateji planlamanın və uğurlu xarici siyasətinin bir nümunəsidir.Bu qələbə zəngin tariximizin ən parlaq səhifəsi, indiki və gələcək nəsillərimizin hər zaman fəxr edəcəyiqəhrəmanlıq salnaməmizdir.Dövlətimizin başçısının da dediyi kimi, biz bu torpaqları danışıqlar yolu ilə yox, şəhidlərimizin canı, qanı bahasına geri aldıq. Hər birimiz Vətən müharibəsində qazanılan tarixi qələbəyə görə şəhidlərimizə, bu yolda sağlamlığını itirmiş qəhrəmanlarımıza borcluyuq.
Artıq 4 ildir ki, işğaldan azad olunmuş Qarabağda əsaslı quruculuq işləri tam sürətlə davam edir. Erməni vandalizminin qurbanı olan tarixi abidələrimiz bərpa olunur, 30 il müddətində daşı-daş üstdə qalmayan şəhərlər yenidən qurulur. Qarabağda görülən genişmiqyaslı quruculuq işlərinin, həyata keçirilən tədbirlərin sürətlə aparılması bu qənaətə gəlməyə əsas verir ki, Azərbaycanın qələbəsi nəticəsində regionda yaranan yeni reallıqlar ölkəmiz və bölgə üçün yaxşı perspektivlər vəd edir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin vurğuladığı kimi, “Biz tezliklə doğma Qarabağımızı cənnətə çevirəcəyik”.
Prezident İlham Əliyevin liderliyi və uğurlu siyasəti, Qarabağ münaqisəsi ilə əldə edilmiş zəfər ilə birlikdə Azərbaycanın dinamik inkişafında və regional stabilliyində bir dönüş nöqtəsi təşkil edir. İnanırıq ki, Prezidentimiz öz ali missiyasını bundan sonra da uğurla davam etdirəcək.
Nigar Hacıyeva,
Azərbaycan Dövlət İqtisad Universitetinin
“Beynəlxalq iqtisadiyyat və biznes”kafedrasının
müəllimi
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB