Əli Əsədov Türkiyənin milli təhsil naziri ilə görüşüb

Əli Əsədov Türkiyənin milli təhsil naziri ilə görüşüb

Yanvarın 31-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Türkiyə Respublikasının milli təhsil naziri Yusuf Tekinlə görüşüb. Nazirlər Kabinetindən SİA-ya verilən xəbərə görə, görüşdə iki ölkə arasında strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərinin bütün sahələrdə uğurlu inkişafından məmnunluq ifadə olunub.

Təhsil sahəsi Azərbaycan-Türkiyə əlaqələrinin vacib istiqaməti kimi dəyərləndirilib, bu sahədə əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə