"Gənclər siyasəti Ulu Öndər tərəfindən qoyulan mirasdır" - MÜNASİBƏT BİLDİRİLDİ

"Gənclər siyasəti Ulu Öndər tərəfindən qoyulan mirasdır" - MÜNASİBƏT BİLDİRİLDİ

“Gənclər Mərkəzi İctimai Birliyi 2006-cı ildə dövlət qeydiyyatına alınıb. Dövlətin gənclərlə bağlı apardığı siyasətə öz töhfəmizi verməyə çalışırıq”. Bu sözləri SİA-ya açıqlamasında Gənclər Mərkəzi İctimai Birliyinin sədri Kənan Qubadzadə deyib.

Onun sözlərinə görə, ölkəmizdə gənclər siyasəti Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan mirasdır: “Bu gün Azərbaycan respublikasında gənclər hərəkatına göstərilən diqqət və qayğı birbaşa ölkə başçımız cənab İlham Əliyevin apardığı öz siyasətin nümunəsidir. Bir şeyi xatırlatmaq istəyirəm ki, ölkəmizdə xüsusi olaraq gənclər gününün yaradılması Ulu Öndər tərəfindən biz gənclərə bir hədiyyədir. MDB məkanında ilk dəfə olaraq Azərbaycanda belə bir gün yaradılıb. Ölkə başçısının son 20 ildə apardığı uğurlu siyasətin içərisində ən önəmli yerlərdən birini dövlət gənclər siyasəti tutur. Ölkə başçımız dövlət gənclər siyasətinə hər zaman diqqət və qayğı göstərib. 2013-cü ildən bu yana İlham Əliyevin sərəncamı ilə gənclər üçün prezident mükafatı verilir. Hər il gənclər günü ərəfəsində müxtəlif sektorda olan, ölkəmizdə seçilən gənclərə 10 min manat pul mükafatı və prezidentin fəxri diplomu verilir. Azərbaycanda gənclərə göstərilən diqqət və qayğı digər ölkələrə də bir nümunədir. Gənc kadrların önə çıxarılması və yüksək postlarda vəzifə hədəfləndiyi əsas istiqamətlərdən biridir. Ölkəmizdə Gənclər və İdman Nazirliyi ilə birlikdə “Yüksəliş” müsabiqəsi yaradılıb ki, bu da kadr bazasını təşkil edir. Hər il orada müxtəlif gənclərin önə çəkilməsinin öz gözlərimizlə şahidi oluruq”.

K.Qubadzadə bildirib ki, dövlətin gənclərə dəstək və diqqət göstərməsinin nəticəsində Azərbaycan gəncliyində özünə və istedadına inam hissi artıb: “Prezident İlham Əliyev gənclərin potensialının gerçəkləşməsinə, onların vətənpərvər, savadlı kadr kimi yetişməsinə, gənc ailələrin sosial təminatına yönələn tədbirləri dövlətin uzaqgörən siyasətinin göstəricisi kimi qiymətləndirir. Biz qalib xalqın qalib gəncləriyik. Bunun üçün biz ölkə başçımıza gənclik ordusu olaraq daima minnətdarlığımızı bildiririk. Zəfər tariximizin əsasını məhz gənclik təşkil edir. Bu gənclik də cənab İlham Əliyevin hakimiyyətdə olduğu bir dövrdə yetişən gənclik oldu. Biz həmin vaxt Azərbaycan xalqına, prezidentinə necə bağlı olduğunu bir daha gördük. Xalq və iqtidar birliyi nəticəsində bu qələbənin şahidi olduq. Azərbaycan gəncliyi bütün tədbirlərdə böyük coşqu ilə iştirak edirdisə, bizim vətən savaşında da öz prezidentinə olan etimadını göstərdi”.

Müsahibimiz qeyd edib ki, Azərbaycanda könüllülər hərəkatı çox geniş təbliğ olunur: “Cənab Prezidentin birbaşa memarı olduğu "ASAN xidmət" mərkəzlərinin və ASAN könüllülər hərəkatının yaradılması Azərbaycanda könüllülük hərəkatına təkan verdi. Cənab Prezidentin müvafiq sərəncamı ilə artıq bütün qurumlarda könüllülük hərəkatı formalaşıb. Bu da Azərbaycanda gənclər siyasətinə dövlət başçısının birbaşa diqqtə və qayğısından irəli gəlir. Düşünürəm ki, Azərbaycan gəncliyi daim belə dinamik olacaqdır və ölkə başçısının ətrafında birləşəcəkdir. Bu ilki gənclər günü çox əlamətdar vaxta təsadüf edir. Bu ilki gənclər günü unudulmaz və düşərli olacaq. Çünki bu il vahid Azərbaycan torpaqlarını azad etmiş xalq kimi bu bayramı təntənəli şəkildə qeyd edəcəyik”.

Müəllif: Rəşid Qarayev

Bütün xəbərlər Facebook səhifəmizdə