"İran özünün qlobal səviyyədə bir aktor olduğunu göstərməyə çalışır" - POLİTOLOQ BİLDİRDİ
“İranın həm Husilər, həm də Hizbullah və HƏMAS vasitəsilə yaxın şərqdə gərginlik yaratdığı aydın görünür”. Bu barədə SİA-ya açıqlamasında politoloq Oqtay Qasımov deyib.
Onun sözlərinə görə, son dönəmdə İran Husilər vasitəsilə Qırmızı dənizdə nəqliyyat nəqliyyat və beynəlxalq ticarətə ciddi zərər verib və bu istiqamətdə daşımaların həcmi ciddi şəkildə azalıb: “İran eyni zamanda güc nümayiş etdirmək məqsədilə bəzi addımlar atır. Bunlardan biri də Pakistan ərazisinin atəşə tutulması idi ki, Pakistan bunun cavabını misliylə verdi və İran Pakistanın sərt mövqeyeni görəndən sonra təbii ki, yumşalmaya getdi. Bu gün də İranın xarici işlər naziri Pakistandadır və ikitərəfli münasibətlərin normallaşdırılması məsələlərini müzakirə etmək üçün görüşlər keçirir”.
Politoloq bildirib ki, ABŞ ilə İranın apardığı mübarizə tam da açıq deyil: Bəzi məsələlərdə ABŞ və İran razılaşdırılmış kimi görünürlər. Belə ki, İranın ABŞ bazalarına endirdiyi zərbələr çox hallarda hədəfdən xeyli kənara düşür, görüntü xaarkteri daşıyır. Dünən İordaniya-Suriya sərhədində başverənlər və ABŞ-nin 3 əsgərinin həlak olması və 25-ə yaxın yaralının olması son dövrlərdəki ilk belə hadisədir. Bunun İrana yaxın qüvvələr tərəfindən edildiyi böyük ölçüdə ehtimal olunur. İran özünün qlobal səviyyədə bir aktor olduğunu göstərməyə çalışır. Xüsusilə də Yaxın və Orta Şərq kimi regionlarda söz sahibi olaraq qəbul edilmək istəyir, əsas oyunçulardan biri olduğunu göstərir. Düşünmürəm ki, bu hadisələr İranla genişmiqyaslı savaşa gətirib çıxara bilər. Bu çox da arzuolunan vəziyyət deyil. İranın birbaşa savaşda iştirak etməsinin qonşu dövlət olaraq bizə də müəyyən təsirləri təbii ki, olacaq. Bu baxımdan da Azərbaycan bu neqativ təsirlərin olmaması üçün həmişə İran məsələsinin dialoq və danışıqlar yolu ilə həllində maraqlı olub. O cümlədən ən yaxın müttəfiqlərinə belə öz ərazisindən İrana qarşı istifadə etməyə icazə verməyib”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB