Baş nazir Əli Əsədov Aleksey Overçukla görüşüb

Baş nazir Əli Əsədov Aleksey Overçukla görüşüb

Yanvarın 22-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Rusiya Federasiyası Baş nazirinin müavini Aleksey Overçukla görüşüb.

SİA-nın AZƏRTAC-dan əldə etdiyi məlumata görə, Nazirlər Kabinetinin mətbuat xidmətindən bildirilib ki, görüşdə Azərbaycan-Rusiya iqtisadi-ticari əməkdaşlığının aktual məsələləri və birgə layihələrin həyata keçirilməsinin gedişatı müzakirə olunub.

Tərəflər Azərbaycan-Rusiya əməkdaşlığının 2024-2026-cı illər üçün əsas istiqamətlərinin inkişafı üzrə Yol Xəritəsinin imzalanmasının əhəmiyyətini qeyd ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə